PDF Oxu

Sosial

  • 17

Qusarda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib

Qusarda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib

YAP Qusar rayon təşkilatının və Qusar rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şuranın üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, müsəlman Şərqində ilk Demokratik Respublikasının 23 aydan sonra süquta uğramasının səbəblərindən danışıb. Qeyd edib ki, müasir Azərbaycan Respublikası öz tarixi kökləri ilə 98 il əvvəl - 1918-ci il 28 may tarixində müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə birbaşa bağlıdır, onun varisi və davamçısıdır:"Hər il Respublika Gününü sonsuz iftixar hissi ilə qeyd edən Azərbaycan vətəndaşları vətənpərvərlik hisslərini, milli dövlətimizin şərəfini uca tutduqlarını, ata və babalarımızın istiqlal amallarına sadiq olduqlarını nümayiş etdirirlər. İnamla deyə bilərik ki, bu gün təkcə Azərbaycan xalqının deyil, həm də bütün türk, islam və Şərq dünyasının tarixinə qızıl hərflərlə yazılmışdır. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra da digər Şərq xalqları və millətləri üçün əsl nümunə, örnək oldu".

D.İbramxəlilov Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri olduğunu vurğulayıb.

Rayon təşkilatının sədri bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını mükəmməl surətdə həyata keçirən, Ulu Öndərin yaratdıqlarını daha da inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, Azərbaycan getdikcə daha da güclənir, artıq regionun liderinə çevrilmişdir.

Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısının müavini Zoya Eldarova Ümummilli Lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Rail Kazımov, Aytən Səlimova, şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda Respublika İnşa Müsabiqəsində 3-cü yer tutmuş Murad Salmanov və başqaları vurğulayıblar ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.

NƏZAKƏT

Digər xəbərlər