PDF Oxu

Sosial

  • 32

YAP İsmayıllı rayon təşkilatı AXC-nin yaranma gününü qeyd etdi

YAP İsmayıllı rayon təşkilatı AXC-nin yaranma gününü qeyd etdi

YAP İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin və rayon "Bilik Evi"nin birgə iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, məktəbin direktoru Elçin Məmmədov Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqil dövlətimizin əsaslarından bəhs etdilər. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar mühüm əhəmiyyət kəsb edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı. Heydər Əliyev ölkəmizin ümumi inkişaf strategiyasını müəyyən etdi. Bu gün Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirir.

Rayon təhsil şöbəsinin məsləhətçisi, tarix müəllimi, Ramiz Baloğlanov, məktəbin direktor müavini Elvüsal Babayev, gənclərdən Yeganə Dadaşzadə, Günay Bədəlova Teymur Məlikzadə və başqaları çıxış edərək, bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti, xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır.

ZÜMRÜD

Digər xəbərlər