PDF Oxu

Sosial

  • 49

Bölgələrdə 28 May Respublika Günü qeyd olunub

Bölgələrdə 28 May Respublika Günü qeyd olunub

Yevlax

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının geniş konfrans zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş təntənli yığıncaq keçirildi. Tədbiri şəhər icra hakimiyyəti baçısının birinci müavini Qənimət Qaraşov açaraq, Dövlət himnimizin ifasından sonra "Azərbaycan müstəqillik illərində" mövzusunda məruzə ilə çıxış etdi. Real tarixi faktlara istinad edən natiq öz çıxışında 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin və başqalarının adlarını çəkdi, vətən və xalq qarşısındakı xidmətlərindən danışdı. Cəmi 23 il yaşamasına baxmayaraq, Azərbaycan tarixində mühüm bir mərhələnin, məhz həmin dövrdə qoyulduğunu, həmçinin dövlətin əsas atributlarının- bayrağının, himninin və gerbinin qəbulunu tarixi uğur kimi dəyərləndirdi. "Bu gün Ulu Öndərin müqəddəs və gələcəyə hesablanmış siyasi ideylarını fəaliyyətinin əsas prioriteti etmiş möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları ölkəmizi beynəlxalq səviyyədə müstəqil söz və fikir söyləmək hüququ olan subyekt kimi tanıtmışdır",- deyən məruzəçi çıxışını bir daha iştirakçıları əlamətdar ildönümü münasibətilə təbrik etməklə yekunlaşdırdı.

Sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının müstəqillik illərini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirildi.

5 saylı tam orta məktəbin tarix müəllimi, respublikanın əməkdar müəllimi Əmiraslan Bəşirov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatının gənclərlə iş üzrə təlimatçısı Rafiq Əliyev və başqaları məruzə ətrafında çıxışlarında 98 il bundan öncə Şəqdə ilk demokratik dövlət kimi formalaşmış gənc Azərbaycan Cümhuriyyətinin bu günümüzə bəxş etdiyi yüksək milli-mənəvi, mədəni və ictimai-siyasi dəyərlərdən danışdılar. Onu da yekdilliklə iştiakçıların diqqətinə çatırdılar ki, 1918-ci ildə bir kərə yüksələn bayrağın bir daha enməməsini istəyən qədirbilən xalqımızın arzusunu, məhz Ulu Öndərimiz Heydər Əliyev üçrəngli bayrağımızın1991-ci ildə ilk olaraq Naxçıvan Ali Məclisi binasınını üzərində ucaldılmasını təmin etməklə əbədiləşdirdi.

Daşkəsən

Dünən Daşkəsən rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May Respublika Günü münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Namiq Süleymanov çıxış edərək, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. O, qeyd etmişdir ki, bu əziz gündə əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin hikmətli kəlamı yada düşür. O deyirdi : "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Düz 98 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə dövlət müstəqilliyinin rəmzi olan üçrəngli bayrağımız qaldırıldı. Bununla da Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə ilk demokratik müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız özünün istiqlal bayramının parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, əsas dövlət insitututları, məhz həmin dövrdə yaranmışdır. Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri- sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası Onun layiqli davamçısı möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını, Onun qurub-yaratdıqlarını dönmədən inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz müdrik və məqsədyönlü fəaliyyəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunu, ictimai-siyasi sabitliyin, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində atılan addımlar əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürüdür. Digər çıxış edənlər də öz nitqlərində vurğulamışlar ki, Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünü qeyd edən bugünkü müasir Azərbaycan, sözün əsl mənasında, Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndərimizin siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident Cənab İlham Əliyev bu gün müstəqil Azərbaycanın inamla və uğurla xoşbəxt gələcəyə aparır, həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin günbəgün möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

28 May - Respublika Günü hər bir soydaşımız üçün milli və iftixar günü əziz bir bayramdır. Qətiyyətlə deyə bilərəm ki, xalqımızın müqqədəs arzuları bu gün möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirməkdədir. Mühüm geostareji mövqe və karbohidrogen ehtiyatlarla zənginlik kimi vacib üstünlüklərə malik olan Azərbaycanı bu imkanlardan dövlətçilik maraqlarının təmin olanması prizmasından bəhərlənməsi günümüzün reallığıdır. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır.

Bakı Slrvyan Universiteti

Bakı Slavyan Universitetində 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev Xalq Cümhuriyyətinin tarixi, cumhuriyyətin mövcud olduğu 23 ay ərzində qəbul olunan mühüm qərarlardan söz açıb. Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən danışan rektor ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Ümummilli Liderin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsi, düşmən ölkənin təxribatları barədə məlumat verən A.Hacıyev Azərbaycan Ordusunun qazandığı zəfərin respublikamızda aparılan, milli mənafelərə uyğun çoxşaxəli dövlətçilik siyasətinin nəticəsi olduğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağını əminliklə vurğulayıb.

Tərbiyə işləri üzrə prorektor Aygül Hacıyeva, beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı Əsgər Əhməd, BSU-nun magistrantı Cəmilə Nəsibova Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafı barədə danışıblar. Xalq Cumhuriyyətinin Azərbaycan tarixində saldığı izlər, Şərq aləminə gətirdiyi yeniliklərdən söz açan çıxışçılar müstəqilliyimizin əbədi olduğunu bildiriblər.

Digər xəbərlər