PDF Oxu

Sosial

  • 42

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biri olduğundan ölkəmizdə uşaqların sağlam, hərtərəfli böyümələri üçün münbit şərait yaradılıb

Bu gün - 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir və bütün demokratik dövlətlərdəolduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxladığından ölkəmizdə uşaqlara qayğı ildən-ilə artmışdır. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biri olduğundan, Heydər Əliyev tərəfindən ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldı.

ÖLKƏMİZDƏ MİLLİ QANUNVERİCİLİK VƏ NORMATİV-HÜQUQİ AKTLAR TƏKMİLLƏŞDİRİLDİ

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib. 2002-ci ildə Azərbaycan qeyd olunan konvensiyanın iki əlavə protokoluna qoşuldu. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olundu.

Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezident Cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ümummilli Liderin uşaq siyasətini davam etdirir bu sahə bir sıra uğurlu dövlət proqramları, layihələr reallaşır. Uşaq siyasəti ilə bağlı Cənab İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edildi. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Daha sonra Cənab İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqətin daha bir nümunəsidir.

ŞƏFQƏT, MƏRHƏMƏT VƏ XEYİRXAHLIQ NÜMUNƏSİ

Bu gün Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkildə formalaşması istiqamətində həyata keçirilir. Şəfqət, mərhəmət, xeyirxahlıq nümunəsi olan bu əməli fəaliyyətin daha bir nümunəsi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə əks-səda yaratdı. Bu proqrama əsasən, uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat kommunal şərait yarandı. Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür, dünyanın işıqlı sabahını təmin edir.

NƏZAKƏT

Digər xəbərlər