PDF Oxu

Sosial

  • 55

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Suraxanıda qeyd edilib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Suraxanıda qeyd edilib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib. Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirdə aztəminatlı ailələrdən olan, valideyn himayəsindən məhrum olan, xüsusi qayğıya ehtiyacı olan, məcburi köçkün ailələrindən olan, eyni zamanda, rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. İ.Abbasov xüsusi vurğulayıb ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, mədəniyyət evlərinin, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında və musiqi məktəbində, dərnəklərdə məşğul olan uşaqlar, məktəblilər fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış ediblər. Uşaqlar bayramı münasibəti ilə təşkil olunmuş şən startlarda 6 idman növü üzrə mübarizə aparan komandaların yarışı izlənilib, Heydər Əliyev Mərkəzinin Rəsm Studiyasında məşğul olan məktəblilərin asfalt üzərində təbaşirlə çəkdikləri rəsmlərə həvəslə baxıblar. Münsiflərin müəyyənləşdirdiyi qaliblər mükafatlandırılıb.

ZÜMRÜD

Digər xəbərlər