PDF Oxu

Sosial

  • 34

"Formula 1" həyəcanını "Baku Guide" bələdçiliyi ilə izləyin

"Formula 1" həyəcanını "Baku Guide" bələdçiliyi ilə izləyin

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun iyun sayı çapdan çıxıb.

Kataloqun sayı 17-19 iyun tarixində Bakıda keçiriləcək möhtəşəm idman və əyləncə şousuna - "Formula 1" avtomobil yarışı üzrə Avropa Qran-Prisinə həsr olunub. Şəhərimizin qonaqları, eləcə də paytaxt sakinləri kataloqda tədbirin gündəliyi ilə yaxından tanış ola, Bakı trekinə çıxacaq pilotlar haqqında, yarış günlərində təşkil olunacaq mədəni-kütləvi tədbirlər, əyləncə proqramları barədə ətraflı informasiya əldə edə bilərlər.

Kataloqun ənənəvi "Bakıdan təəssürat" rubrikasının budəfəki qonağı BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirdir. Alyansın Bakıda keçirilən VII Qlobal Forumu zamanı nəşrə məxsusi müsahibə verən ali nümayəndə dünyada gedən proseslər, forumun əhəmiyyəti, ölkəmizin tanıtımında rolu və paytaxtımızla bağlı təəssüratlarını bölüşüb.

"Emosiyalar qəlbinizi dolduracaq" yazısı isə oxuculara yay mövsümündə Azərbaycanın istirahət imkanları barədə bələdçilik edəcək. Materialla tanış olanlar "Nə üçün isti yay günlərini Azərbaycanda keçirməyə dəyər" sualına dolğun cavab tapa biləcəklər.

Paytaxtın teatr və konsert müəssisələrinin, aparıcı kino nümayişi mərkəzlərinin iyun-iyul ayı üçün afişası, habelə müxtəlif sərgilər barədə məlumatlar Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunur.

Şəhərimizin aktiv, adrenalin dolu istirahətə üstünlük verən qonaqları və sakinləri onları maraqlandıracaq əyləncə gecələri, konsert və digər tədbirlər barədə məlumatları kataloqda tapa bilərlər.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Turizm agentləri, aviakassalar, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. nəşrdə yer alıb.

ZÜMRÜD

Digər xəbərlər