Qayıdar Vətənim, qayıdar bir gün,
Qayıdar, inşallah, olmaz didərgin.
Ziyarət edirik yenə aranı,
Toy-büsat bürüyər eli-obanı.
Qayıdar Vətənim, qayıdar bir gün,
Bizə kömək olar Allahın adı.
Qovarıq torpaqdan duşməni, yadı,
Ucalmaz göylərə ana fəryadı.
Qayıdar Vətənim, qayıdar bir gün,
Bütün Qarabağım, bütün mahalım,
Füzulim, Ağdərəm, Şuşam, Ağdamım,
Qubadlı, Zəngilan, Laçın, Xocalım.
Qayıdar Vətənim, qayıdar bir gün,
Qayıdar, inşallah, olmaz didərgin.
Yunisəm, çəkmərəm Vətən həsrəti,
Ataram qəlbimdən dərdi-möhnəti.
Dünya
Çoxdan ötürsə də milyonu, mini,
Sirlidir, bilinmir neçədir sini,
Qarşılar, uğurlar gəlib- gedəni,
Tarixdə həkk edib izini dünya.
Ağayla gədəni tutubdur birgə,
Usanıb gəlməyir heç zaman təngə,
Etdiyi əməllər cərgəbəcərgə,
Qatıb əyrisinə düzünü dünya.
Kədəri, sevinci gəlməyir saya,
Bölüb ömrümüzü yasa, həm toya,
Qalmayıb üzündə zərrəcə həya,
İtirib özündə özünü dünya.
Kimini qul edir, kimini ağa,
Özünü tay edir tək bir Allaha,
Yunisəm, bu dünya düzəlməz daha,
Əbədi deyibdi sözünü dünya.
SƏNDƏN DOĞAN SƏNSİZLİYƏ YOLDAŞAM
Sənsizlik şimşək tək qəlbimdə çaxdı,
Həsrətin qəlbimi yandırıb yaxdı,
Göz yaşın qəlbimə sel kimi axdı,
Səndən doğan sənsizliyə yoldaşam.
Hər gecə adını sayıqladım mən,
Adını qəlbimdən soraqladım mən,
Həsrət məni yedi, arıqladım mən,
Səndən doğan sənsizliyə yoldaşam.
Mən sənin qəlbində azıb qalmışam,
Qəbrimi qəlbində qazıb qalmışam,
Adımı qəlbinə yazıb qalmışam,
Səndən doğan sənsizliyə yoldaşam.
Tanrım bilir, nələr çəkirəm sənsiz,
Bu hissimi kəsib-biçirəm sənsiz,
Ay gözəlim, vallah, ölürəm sənsiz,
Səndən doğan sənsizliyə yoldaşam.
Yunis Qaraxanov