PDF Oxu

Sosial

  • 33

Bir cümlədə dörd yalan

Bir cümlədə dörd yalan

Və ya xəmiri şantajla yoğrulan Sarkisyan

Dünən Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində ölkə Prezideti İlham Əliyev proqram xarakterli çıxış edib. Dövlət başçısı xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsinin vacibliyini qeyd edib: "Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. Bu, Azərbaycan diaspor təşkilatları üçün birinci məsələ olmalıdır".

Ölkə Prezidenti onu da bildirib ki, xarici mətbuatda ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışıblar: "Buna ermənilər müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi mənfur "907-ci düzəliş"i qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırımı törədilib, ancaq bu "düzəliş"i qəbul ediblər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də bu "düzəliş" qüvvədədir. Əvvəllər bu "düzəliş"in ləğvinə çalışırdıq, sonra qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda dururuq".

Prezident İlham Əliyev Ermənistan prezidentinin yalanına da toxunaraq bildirib ki, "Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək".

Azərbaycan Prezidenti Qarabağ torpaqlarının tarixən Azərbaycan torpaqları olduğunu deyərək, bu həqiqətləri daha geniş şəkildə dünya ictimaiyyətinə çatdırmağa çağırıb: "Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirdilər".

Prezident, həmçinin Ermənistanın aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürməyə çalışdığını bildirib və qeyd edib ki, dünyaya ötürməyə nə qədər çalışsalar da, buna nail ola bilməyiblər: "Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini və nə qədər çalışsalar da, buna nail ola bilməyiblər. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi təqdim etməyə çalışdılar. Ancaq onlar da bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir".

Prezident çıxışında qurultay nümayəndəlirinə onu da çatdırıb ki, Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır: "Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdır. Gülünc vəziyyətə düşüblər. Gülünclüyün son ifadəsi isə Ermənistan prezidenti Serj Sarkisyanın Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Serj Sərkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib. Yalandır".

Dövlət başçısı Ermənistan prezidentinin guya Azərbaycanın Rusiyadan döyüşləri dayandırmağı xahiş etməsini də Sarkisyanın yalanı olduğunu bildirib: "Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Azərbaycan Ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində azad etməyə çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir.

Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin Rekordlar kitabına düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi".

Bu gün bütün dünya Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, uzun illərdən bəri artan inkişafına heyrət etdi. Çünki hər bir qələbənin arxasında Azərbaycan tərəqqisi dayanır. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan və ölkə başçısı, Ali Baş Komandanımız Cənab İlham Əliyevdə davam edən, yaşadılan tərəqqinin məntiqi nəticəsidir!

A.SƏMƏDOVA

Digər xəbərlər