PDF Oxu

Sosial

  • 38

Suraxanı rayonunda tatar milli bayramı - "Sabantuy" təntənəli qeyd edilib

Suraxanı rayonunda tatar milli bayramı - "Sabantuy" təntənəli qeyd edilib

Suraxanı rayonu Heydər Əliyev Parkında Azərbaycanda yaşayan Tatar İcmasının milli bayramlarından olan "Sabantuy" bayramı münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə əklil və tər güllər qoyublar.

Azərbaycan Respublikası, Rusiya Fedarasiyası və Tatarıstan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra milli bayram şənliyinə başlanılıb.

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bayram iştirakçılarını salamlayaraq, "Sabantuy"un rayonun Heydər Əliyev adına Parkda keçirilməsinin artıq ənənə şəklini aldığını bildirib: "Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan və tatar xalqlarının dostluğu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir."

O, Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin birinci müavini Ruslan Kabirov Tatarıstan Respublikasının Prezidenti Rustam Minixanovun təbrik məktubunu bayram iştirakçılarının diqqətinə çatdırıb.

Bayram şənliyində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşov, Milli Məclisin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov və digərləri çıxış edərək xalqlarımız arasındakı dostluğu yüksək qiymətləndirib və bu birliyə uğurlar diləyiblər. Qeyd olunub ki, "Sabantuy"un Azərbaycanda, məhz tatarların çox yaşadığı Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur.

İncəsənət ustalarının iştirak etdiyi bayram şənliyi geniş konsert proqramı ilə davam edib. Gənclər tatar milli idman yarışlarında güclərini sınayıb və qaliblər mükafatlandırılıb.

ZÜMRÜD

Digər xəbərlər