PDF Oxu

Sosial

  • 17

Avropa ölkələri Türkiyə kimi güclü dövləti özündən ayırır

Avropa ölkələri Türkiyə kimi güclü dövləti özündən ayırır

Qərblilər bunu anlayanda, artıq çox gec olacaq

Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıyan qərarın qəbul edilməsinin ardınca, Avropannın bir sıra siyasi dairələrinin, eləcə də həmin dairələrlə sıx iş birliyinə malik olan erməni lobbisinin bu istiqamətdə apardığı məqsədyönlü cəhdlərinin haraya doğru istiqamət alması bir daha bəlli oldu. İstiqamət, ilk növbədə Avropa məkanında getdikcə gücü artan, iqtisadi potensialı yüksələn, qitənin enerji layihələrində aparıcı mövqelərdən birinə sahib olan Türkiyəyə qarşı yolun qarşısını kəsməyə doğru yönəlib. Çünki Türkiyə Avropa məkanında yalnız bir müsəlman ölkəsi olaraq deyil, eyni zamanda böyük türk dünyasını tərənnüm edən ölkə kimi mövqeyini qoruyub-saxlamaqla daha da gücləndirir.

Bu qərar Merkel hökumətinin alman ictimai rəyində nüfuzunun xeyli aşağı düşməsinə də səbəb olacaq

İlk başdan deyə bilərik ki, Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıması heç də, bütövlükdə Almaniya siyasətçilərinin birmənalı seçimi olmayıb. Məsələn, qeyd etmək yerinə düşrədi ki, bu qərara qarşı bir çox tanınmış alman ictimai-siyasi xadimləri kəskin etirazlarını bildiriblər. Onlar Bundestaqın Türkiyəyə qarşı belə bir qərar verməsini xəyanət adlandırıblar. Təbii ki, bu qərar, bilavasitə Merkel hökumətinin alman ictimai rəyində nüfuzunun xeyli aşağı düşməsinə də səbəb olacaq. Çünki Almaniyada sadəcə alman vətəndaşları ilə türklər arasında isti münasibətlər mövcuddur.

Siyavuş Novruzov: "Xocalı soyqırımı faktlarla sübuta yetirilsə də, Almaniya bunu tanımır"

Yeri gəlmişkən, bu qərarın verilməsində aşkar şəkildə islamofob, antihumanizm və s. təzahürləri də istisna etmək olmaz. Məsələn, bununla bağlı mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Almaniya Bundestaqının qaçqınlar, dondurulmuş münaqişələr haqqında qanun qəbul etmək əvəzinə, qondarma "soyqırımı" tanıması absurddur: "Təəccüblüdür ki, dünyada böyük hadisələrin getdiyi vaxtda Almaniya parlamenti qondarma "erməni soyqırımı"nı tanıyır. Əgər Almaniya parlamenti qaçqınlar, miqrantlar, dondurulmuş münaqişələr haqqında qanun qəbul etsəydi, bunu başa düşmək olardı. Digər tərəfdən, Avropa, bütövlükdə həm Afrikadan, həm Ərəbistan yarımadasında köç edən 150 min qaçqına sahib dura bilmədiyi halda, Türkiyə bu gün 3 milyon qaçqını qəbul edib.

Budur, Türkiyənin humanistliyi. Onlar isə qaçqınların qarşısına tikanlı məftillər çəkirlər, insani normalara sığmayan vəziyyətdə saxlayırlar. Bununla məşğul olmaq lazımdır".

Göründüyü kimi, avropalı siyasi başbilənləri insan həyatı deyil, insanların onların dinidən, məzhəbindən olmaması daha çox düşündürür. Söz yox ki, əgər Türkiyə müsəlman deyil, xrsistian dövləti olsaydı, nəninki Almaniya, eləcə də Vatikan, Avropa Prlamenti kimi dairələr qondarma soyqırımı iddiasını rədd edərdilər. Biz buna tam əminik!

Digər tərəfdən, S.Novruzov, həmçinin daha bir vacib məqama toxunaraq, qeyd edib ki, bu gün özlərini dünyaya "məzlum xalq" kimi sırıyan ermənilərin törətdiyi və "101 il" öncə deyil, 24 il qabaq baş vermiş Xocalı soyqırımı faktlarla (!) sübuta yetirilsə də, Almaniya bunu tanımır.

Oya Poyraz: "Bu, həmin ölkədir ki, ölüm düşərgələrində insanları diri-diri yandırır, qazla zəhərləyirdi"

Bu arada türklərin Almaniyadakı diasporasının (Turkish Community in Germany/ Almanya Türk Toplumu) rəhbəri Oya Poyraz məsələ ilə bağlı KİV üçün açıqlamasında bildirib ki, Almaniya Bundestaqının deputatlarının məntiqini anlamaq çətindir. SİTAT: "Bu, həmin ölkədir ki, ölüm düşərgələrində insanları diri-diri yandırır, qazla zəhərləyirdi. Ona görə də bu ölkənin digər ölkəni soyqırımında günahlandırması doğru deyil. Almaniyanın türk diasporu alman parlanetinin bu əməlini qətiyyətlə pisləyir".

Almaniya Bundestaqında erməni soyqırımına səs verən Yaşıllar Partiyasının sədri Cem Özdəmirə eləcə də daha yeddi nəfər türkə gəlincə, Poyraz deyib ki, Türkiyə xalqı artıq onları türk kimi tanımır: "Onlar çoxdan türk deyillər. Türklərdən onlara qalan yalnız quruca adlar və soyadlardır. Onların arvadları almandır, uşaqları da özlərini türk deyil, alman hesab edirlər. Onlar necə türk ola bilərlər?!"

Dispora rəhbəri qardaş Azərbaycan xalqına öz dərin minnətdarlığını bildirib: "Ümid edirik ki, türk və azərbaycanlı diasporaları qısa zamanda Bundestaqın verdiyi qətnaməsinin geri götürülməsinə nail olacaqlar".

Türkiyə kimi güclü dünyəvi müsəlman ölkəsini get-gedə itirmək Qərb siyasi dairələri üçün yaxın dövrlərdə hövlanak yuxudan ayılma təsirini göstərə bilər

Bəzi avropalılar Avropanın ayağının hələ isti yerdə olduğunu düşünsələr də, çox qısa zamanda biz bunun tam əksini də görə bilərik. Yuxarıda da qeyd etdiyimiz kimi, bu cür yalançı iddiaların qəbulu, qısa zamanda Avropanın özünə ciddi zərər vuracaq. Çünki hər şeyə rəğmən, nə Almaniya Bundestaqının qərarı, nə də digər Qərb ölkələrinin ifadələri Türkiyə tərəfindən ciddi hüquqi sənəd kimi qəbul olunmur. Ancaq bir fakt ortadıdır - Avropa Türkiyəni özündən ayırır.

Başqa tərəfdən, Türkiyə regionda Ermənistandan daha çox nüfuza malikdir, Qərb siyasətçiləri də bunu nəzərə alırlar, amma xristian təəssübkeşliyi təəssüf ki, burada öz rolunu oynayır. Ancaq bütün mənalarda uduzan tərəf Türkiyə deyil, məhz qondarma erməni soyqırımını tanıyan bir sıra Avropa ölkələrinin parlamentlərdir ki, onlar son məqamda erməni yalanına uyduqları üçün bunun altını ciddi şəkildə çəkməli olacaqlar. Zaman da qısa vaxtda bunu göstərəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər