PDF Oxu

Sosial

  • 38

Millət vəkili: "Bu adamların demokratiyanın "D" hərfindən xəbərləri yoxdur"

Millət vəkili: "Bu adamların demokratiyanın "D" hərfindən xəbərləri yoxdur"

Məlum olduğu kimi, Almaniyada yaşayan bir neçə azərbaycanlı gənc, radikal müxalifətçilər Həbib Müntəzir və Elmir Mirzoyevin başçılığı ilə erməni bayrağı altında Azərbaycan dövlətinin əleyhinə aksiya keçiriblər. Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı qanunsuz və cinayətkar rejimin bayraq adlandırılan əski parçasının qaldırıldığı aksiyaya necə gedir və ölkəsinin ərazi bütövlüyünə qarşı olanlarla çiyin-çiyinə dayana bilər? Zaman-zaman anti-Azərbaycan çağırışları ilə gündəmə gələn radikal düşüncəli bu gənclər aprelin əvvəllərində cəbhədə keçirilən hərbi əməliyyatlar zamanı da ermənipərəst mövqeləri ilə gündəmə gəldilər. Belə ki, onlar tanımadıqları adamların şəkillərini paylaşaraq, guya həmin şəxslərin cəbhədə şəhid olduğu haqqında informasiyalar verərək, cəmiyyəti çaşdırmağa çalışırdılar. Erməni təxribatının gücləndiyi və qondarma "erməni soyqırımı" məsələsinin ortaya atıdıqları bir ərəfədə Ermənistan bayrağı altında Azərbaycan və Türkiyə dövlətlərinə qarşı etiraz etmək ən azı xəyanətdir. Onsuz da bu şəxslər ermənipərəst olduqlarını, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olduqlarını dəfələrlə sübut ediblər.

Məsələyə sərt reaksiya verən millət vəkili Sahib Alıyev kimliyindən asılı olmayaraq, damarında azərbaycanlı qanı daşıyan heç kimin bunu etməsinin mümkün olmadığını bildirib: "Belə bir addımı yalnız satqın, yaramaz, şərəfsiz, içində heç bir dəyər daşımayan, demokratiyanın "d" hərfindən belə xəbəri olmayan biriləri ata bilər. Sözdə azərbaycanlıların etiraz etdiklərini, əslində isə erməni işğalçılarıyla həmrəylik aksiyasına qatılmalarının arxasında nə durduğunu bilmək üçün dövlət bayrağımızın Almaniyaya səfəri öncəsi bu ölkənin parlamentinin uydurma erməni soyqırımıyla bağlı təsdiqlədiyi qətnamədəki bir maddəyə diqqət yetirmək bəs edir ki, vəziyətin nə yerdə olduğunu anlamaq olsun. Həmin maddədə bilirsinizmi nə yazılıb? Yazılıb ki, ilk xristian xalqı olan ermənilərin soyqırımını tanıyan türk tələbə və akademik təhsil alanlar təqaüdlə təmin edilsinlər. Yəni soyqırımının nə olduğunu və necə törədildiyini öz təcrübəsində yaxşı bilən bir ölkə rüşvət paylamaqla türklərə etmədiklərini öz boyunlarına götürtmək istəyir. Türklər buna gedəcəklərmi, gedərlərmi? Yox. Sözdə türklər necə? Almaniya parlamentində uydurma soyqırımını tanıyanlar arasında belələrinin varlığı göstərir ki, bəli, gedirlər və gedəcəklər. Necə ki sözdə azərbaycanlılar oxşar metodla həvəsləndirilərək, gedib başqalarının üstündə Dağlıq Qarabağdakı qanunsuz və cinayətkar rejimin əski parçasını qaldıraraq haylarla birgə həmrəylik aksiyası keçirirlər".

Samir

Digər xəbərlər