PDF Oxu

Sosial

  • 37

"Vətən torpağı əzizdir mənə"

"Vətən torpağı əzizdir mənə"

Bu mövzuda Nəsimi rayonu S.Poladi adına 159 saylı tam orta məktəbdə 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Dünən Nəsimi rayonu S.Poladi adına 159 saylı tam orta məktəbdə 15 İyun Milli Qurtuluş Günü münasibətilə "Vətən torpağı əzizdir mənə" mövzusunda tədbir keçirilib.

Əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və siniflərin aylıq divar qəzetləri nümayiş etdirilib. Dövlət himni səsləndikdən sonra məktəbin şagirdlərinin ifasında mahnı və rəqslər nümayiş etdiriblər.

Tədbirdə 15 İyun Milli Qurtuluş Günü ilə bağlı slayd və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə böyük siyasətə qayıdışı Azərbaycan tarixində yeni eranın bünövrəsini qoydu: "Respublikamızda müstəqilliyin yenidən bərpa edilməsinin ilk günlərindən başlayaraq, ölkədə hərc-mərclik, dərəbəylik hökm sürür, xarici dövlətlərin xüsusi xidmət orqanları Azərbaycanda istədikləri sahələrə nüfuz edir, respublikanı parçalamağa cəhd göstərirdilər. Ölkənin belə ağır günündə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Dahi Öndər Heydər Əliyev cəmi bir neçə ay ərzində artıq müstəqilliyini itirmək, vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycan Respublikasını və onun dövlətçiliyini xilas etdi. Ulu Öndər Heydər Əliyev bir daha sübuta yetirdi ki, azərbaycançılıq ideyası separatizmdə yox, respublikamızdakı bütün etnos və etnik qrupların vahid ailə olduqlarını dərk etdiyi zaman yaşaya bilər və bu ideya Azərbaycan xalqının milli təhlükəsizliyinə ən etibarlı təminatdır. Ümummilli Lider Heydər Əliyev zəkasının şah əsəri olan Azərbaycan bu gün dünyanın sayılıb-seçilən dövlətlərindən biri, harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu dövlətin dahi qurucusu Heydər Əliyevin özü isə milli dövlətçiliyimizin mənəvi atasıdır".

A.Əsgərov onu da vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin sükanı arxasında dayanan hörmətli Prezidentimiz İlham Əliyev Dahi Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır: "Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni işıqlı gələcəyə aparan yeganə düzgün yoldur, iqtisadi inkişaf, sabitlik, əbədi müstəqillik yoludur".

R.KAMALQIZI

Digər xəbərlər