PDF Oxu

Sosial

  • 22

YAP Qobustan rayon təşkilatı Milli Qurtuluş Gününü qeyd edib

YAP Qobustan rayon təşkilatı Milli Qurtuluş Gününü qeyd edib

YAP Qobustan rayon təşkilatı rayon gənclər və idman idarəsi ilə birlikdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndərin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-dən 23 il keçdiyini xatırladıb: "Ulu Öndər Heydər Əliyevin tarix baxımından qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub".

Qobustan rayon təşkilatının sədri Dahi Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söhbət açıb: "Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən olan Milli Qurtuluş Gününün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənləri Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir."

Tədbirdə çıxış edən Qobustan rayon Gənclər və İdman İdarəsinin direktoru Q.Əkbərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu və Böyük Liderin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsindən danışıb.

Tədbirin sonunda Uşaq Gənclər Mərkəzinin yetirmələri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

R.HÜSEYNOVA

Digər xəbərlər