PDF Oxu

Sosial

  • 35

Milli Qurtuluş Günü Yasamalda qeyd olundu

Milli Qurtuluş Günü Yasamalda qeyd olundu

Dünən Yeni Azərbyacan Partiyası (YAP) Yasamal rayon təşkilatında 15 İyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbiri açıq elan edən Yeni Azərbyacan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 15 İyun Milli Qurtuluş Günü" ilə bağlı məruzə ilə çıxış edib: "XX əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin ən ağır dövlərindən birini təşkil edir. Həmin dövrdə yenicə müstəqillik qazanmış Azərbaycan dövləti daxili və xarici düşmənlərin məngənəsində sıxılırdı. Anarxiya, vətəndaş müharibəsi o həddə çatmışdı ki, Azərbaycan idarəolunmaz bir vəziyyətə çatmışdı. Səriştəsiz və müxtəlif dairələrin mənafeyinə xidmət edən şəxslərin Azərbaycanı saldığı ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Mərhum prezident Əbülfəz Elçibəyin dəfələrlə etdiyi xahişdən, eyni zamanda Azərbaycan xalqının təkidli tələblərindən sonra Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi". T.Əhmədovun sözlərinə görə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən qısa bir zamanda Azərbaycanın bütün problemləri geridə qaldı, ölkəmizdə canlanma başladı: "1994-cü il may ayının 11-də atəşkəs elan olundu. Bununla da ermənilərin işğalının qarşısı alındı. Daha sonra "Əsrin müqaviləsi" imzalandı. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşuldu. Təsəvvür edin ki, o vaxt hakimiyyətdə olan qüvvələr qonşu dövlətlərlə də düşmən münasibətləri yaratmışdılar. Təkcə qardaş Türkiyə ilə dostluğumuz var idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra İran, Rusiya, ABŞ və digər dövlətlərlə ən yüksək səviyyəli dostluq münasibəltərinin əsasını qoydu. 15 iyun tarixi nə üçün Milli Qurtuluş Günüdür? Biz nədən qurtulmuşuq? Biz məhv olmaqdan, dağılmaqdan qurtulduq. Ulu Öndər Azərbaycanı xilas etdi, xalqımızın başına gətirilməsi nəzərdə tutulan bütün oyunların qarşısını aldı və Azərbaycanın gələcək inkişafını təmin etdi. Azərbaycanın inkişafının əsası elə möhkəm sütunlarla qoyulmuşdur ki, qısa bir müddət Azərbyacan dünyanın ən inkişaf etmiş dövlətinə çevrildiyinin şahidi olacağıq".

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini İbad Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, xalqımız və dövlətimiz qarşısında göstərdiyi xidmətlərdən danışıb.

Tədbirin sonunda partiyaya yeni qəbul olunan bir qrup şəxsə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.

Samir

Digər xəbərlər