YAP Tərtər rayon təşkilatı 15 İyun Milli Qurtuluş Gününü qeyd edib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev Mərkəzində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad ediblər.
Tədbir YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi gününün Milli Qurtuluş Gününə çevrilməsini, 15 iyunun müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi bu günkü və gələcək nəsillərin yaddaşlarına əbədi həkk olunduğunu qeyd edib: "Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda ikinci dəfə hakimiyyətə qayıdışı ilə dövlətimizi və xalqımızı xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanma kimi hallardan xilas etdi. Bugünkü surətli inkişafa malik Azərbaycanın təməli qoyuldu, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olundu. Eyni zamanda, bu gün Ulu Öndərin azərbaycançılıq, Vətənçilik ideologiyasının layiqli davamçısı ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilir, ölkəmiz inkişaf etmiş ölkələr sırasındadır.
Tədbirdə YAP Tərtər rayon təşkilatı gənclər birliyinin üzvü, Cəmilli kənd tam orta məktəbinin direktoru, ərazi ilk partiya təşkilatının sədri Rəşad Şahbazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Qaraağacı İƏD üzrə nümayəndə, ərazi ilk partiya təşkilatının sədri Lətif Həmidov, rayon mədəniyyət və turizm idarəsinin metodisti Reyhan İsmayılova, rayon təşkilatı şurasının üzvü, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynova və digərləri çıxış edərək bildiriblər ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi və hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.
R.KAMALQIZI