Dünən 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Yevlax şəhər icra hakimiyyəti ilə YAP Yevlax rayon təşkilatının birgə tədbiri keçirilidi. Tədbir iştirakçıları əvvəlcə YAP Yevlax rayon təşkilatında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlədilər. Tədbniri giriş sözü ilə Yevlax şəhər icra hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov açıq elan etdi. Bildirdi ki, "həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayır, Azərbaycan üçün 1993-cü il iyunun 15-i, məhz belə tarixlərdəndir".
Sonra Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova geniş məruzə ilə o dövrdə baş vermiş hadisələri ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırdı. Məruzə ətarfında çıxış edənlər, Ağsaqqallar Şurasının sədri Kinyaz Əliyev, Elektron kitabxananın müdiri Vüsalə Məmmədova Heydər Əliyevin azərbaycançılıq ideologiyası ərtafında fikir mübadiləsi apararaq, dahi şəxsiyyətin fəaliyyətini bir daha diqqətə gətirdilər.
Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun gününün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz gün olduğunu bildirdi: "Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, bu gününün və gələcəyinin formalaşmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa olan bir insan - Heydər Əliyevdir. Dahi Öndər Heydər Əliyev ideyalarının təntənəsi olan Müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində nəinki Avropada, Dünya ölkələri arasında da özünəməxsus mövqeydə dayanır".
Sonda ziyalılar Cənab Prezidenti, onun ailəsini və bütün Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik etdilər.
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.
Rəfiqə Kamalqızı