PDF Oxu

Sosial

  • 31

"Qurtuluş kuboku - 2016"

"Qurtuluş kuboku - 2016"

Bu mövzuda Binəqədi rayonunda turnir keçirilmişdir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, YAP Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15 İyun Qurtuluş Gününə həsr olunmuş "Yeni Azərbaycan Partiyası Gənclərinin I Debat Forumu, "Qurtuluş kuboku - 2016" turniri keçirilmişdir.

12-13 iyun tarixlərində baş tutan forumun birinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Bakı şəhər rayonları və Sumqayıt şəhər komandaları arasında yarış keçirilmişdir. "Gənc ailələrin davamlılığının təmin edilməsində dövlətin rolu özünü doğruldur" mövzusunda keçirilən debat olduqca maraqlı müzakirələrlə yadda qalmışdır.

Forumun ikinci günündə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Seymur Hüseynov və Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirakçıları salamlayaraq, onlara finalda uğur arzulamışlar. Daha sonra final oyunları keçirilmiş, qalib komandanın üzvlərinə diplom və medallar, oyunların bütün iştirakçılarına, həmçinin hakimlər tərəfindən müəyyən olunmuş 10 ən yaxşı natiqə şəhadətnamə təqdim olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər