PDF Oxu

Sosial

  • 22

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbir keçirilib.

Məktəbin müəllim və şagird kollektivini, məzunları və onların valideynlərini təbrik edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyanın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini, göstərilən ali diqqət və qayğı nəticəsində Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişaf yolu keçdiyini qeyd edib. O, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı əməyini xüsusi vurğulayıb.

Tədbirdə qeyd edilib ki, şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insan kimi tərbiyə olunması üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində bütün şərait yaradılıb. Hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olması məktəbin respublikamızda böyük nüfuz qazanmasının göstəricisidir.

Xüsusi məktəbin rəisi polkovnik Elçin Quliyev, məktəbin məzunu Elşad Abdullayev çıxış edərək, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Təhsildə fərqlənən məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunduqdan sonra məzunlar Xüsusi Məktəbin bayrağını öpərək məktəblə vidalaşıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub, sülh, azadlıq və qələbə rəmzi olan göyərçinlər səmaya buraxılıb.

NƏZAKƏT

Digər xəbərlər