15 İyun Milli Qurtuluş Günü münasibətilə Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə ümümrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, rayon hüquq- mühafizə orqanlarının rəhbərləri və rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi proseslərə nəzər salaraq, görkəmli Dövlət Xadimi, dünya şöhrətli Siyasətçi, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsinin aradan qaldırıldığını bildirib. O, iyunun 15-ini ölkəmizdə siyasi sabitliyin və sosial-iqtisadi inkişafın başlandığı gün kimi xarakterizə edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb, respublikamızın tərəqqisini təmin edən siyasi xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırıb.
Daha sonra çıxış edən Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr müavini Sara Məmmədova və Quba rayon prokuroru Valeh Səmədov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar keçirilmiş ümümrayon tədbirinin davamı olaraq tədbirin bədii hissəsi Quba şəhər Heydər Əliyev Parkındakı Yaşıl Teatrda davam etdirilib. Tədbirdə respublika və rayon incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Tədbir atəşfəşanlıqla sona çatıb.
NƏZAKƏT