PDF Oxu

Sosial

  • 23

Əhalinin keyfiyyətli dərman vasitələri ilə təminatına nəzarət gücləndirilib

Əhalinin keyfiyyətli dərman vasitələri ilə təminatına nəzarət gücləndirilib

Son dövrlərdə ölkəmizdə, bütün sahələrdə olduğu kimi, əczaçılıq sahəsində də müsbət dəyişikliklər və inkişaf müşahidə olunur. Dərmanların keyfiyyətinə nəzarət gücləndirilib. Respublikamızda dərman vasitələri ilə davranışın hüquqi və təşkilatı əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununa əsaslanır. Əhalinin keyfiyyətli və səmərəli dərman vasitələri ilə təminatına nəzarət diqqətdə saxlanılır.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində keçirilən iclasda son 6 ay ərzində bu istiqamətdə köklü islahatlar aparıldığı, mövcud qanunvericiliyin aktuallaşdırılması, yeni hüquqi-normativ sənədlərin hazırlanması, işçi heyətin bilik və bacarıqlarının artırılması, "bir pəncərə xidməti"nin tətbiqi qeyd olunub. O da diqqətə çatdıırılıb ki, dərman vasitələrinin keyfiyyətinə nəzarət laboratoriyasının maddi-texniki bazası gücləndirilib. Aparılan araşdırmalar zamanı son on gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib. Sözügedən nöqsanlar, əsasən, dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, digər dillərdə olması ilə əlaqədar olub.

Qanunvericiliyə görə içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsi nümunəsi hazırlanaraq, istifadəyə verilib.

NƏZAKƏT

Digər xəbərlər