PDF Oxu

Sosial

  • 25

Gəncədə "Qurtuluşdan başlanan yol" mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncədə "Qurtuluşdan başlanan yol" mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncədə 15 İyun Milli Qurtuluş Günü nə həsr olunan "Qurtuluşdan başlanan yol" mövzusunda elmi-praktik konfrans keçirilib. Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Heydər Əliyev Park Kompleksində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Himnin səsləndirilməsindən sonra 15 İyunMilli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə dərin ictimai-siyasi böhran yarandı: "İctimai həyatın bütün sahələrində xaos və hərc-mərclik baş alıb gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi".

Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müəllimi Zümrüd Qəhrəmanova "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın böyük xilaskarıdır", Gəncə Dövlət Universitetinin "Ümumi tarix" kafedrasının dosenti Hüseyn Bəxtiyarov "Tariximizin şanlı səhifələri (1993-2003-cü illər)", Azərbaycan Texnologiya Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı Nicat Nəsirli "Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın inkişaf strategiyası" mövzularında məruzələrlə çıxış ediblər.

Sonda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbin 5-ci sinfində oxuyan əlaçı sagirdi, 2 qat Avropa, eyni zamanda bu ilin mayında 2 erməniyə qalib gələrək 3 qat dünya çempionu adının qazanan Fərid Cavadov diplom və qiymətli hədiyyələrlə təltif edilib. Daha sonra tədbir Heydər Əliyev adına Park-Kompleksdə yerləşən amfiteatrda bayram konserti ilə axşam saatlarınadək davam edib.

Samir

Digər xəbərlər