Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 17 İyun Səhiyyə İşçiləri Günü münasibəti ilə Quba Müalicə-Diaqnostika Mərkəzində tədbir keçirilib.
Tədbir iştirakçıları ilk olaraq rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ucaldılan Ulu Öndərin abidəsi qarşısına gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Quba Müalicə-Diaqnostika Mərkəzindəki iclas zalında davam etdirilən tədbiri giriş sözü ilə açan rayon Mərkəzi Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev ilk öncə tədbir iştirakçılarını salamlayaraq, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib işlərində uğurlar arzulayıb.
Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib və rayon səviyyəsində səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisini qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif edib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əliyar Sərvərov rayon səviyyəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açıb.
Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzin direktoru Şəhla Həsənova, Quba rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və başqaları çıxış edərək, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edərək, işlərində uğurlar arzulayıblar.
Sonda bir qrup Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.
NƏZAKƏT