Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyunun 20-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımız iyunun 24-dək İtaliyanın Latina şəhərində keçiriləcək səmərəli görüntülü icra və nəzarət modulu üzrə icraedici, həmçinin NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurslara qatılıblar. Hərbçilərimiz habelə iyunun 25-dək Fransanın Tulon şəhərində NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak edirlər. Silahlı Qüvvələrimizin nümayəndələri cari ayın 30-dək Almaniyanın Gelzenkirxen şəhərində "Vyana-11" sənədi üzrə beynəlxalq kursa, iyulun 1-dək isə Tbilisidə geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursuna qatılıblar.
AZƏRTAC