PDF Oxu

Sosial

  • 36

Yerevanın mərkəzində faşist generalına abidə ucaltmaq faşizmin aşkar təbliğatıdır!

Yerevanın mərkəzində faşist generalına abidə ucaltmaq faşizmin aşkar təbliğatıdır!

Azərbaycan veteranları Vladimir Putinə müraciət etdilər

Bəlli olduğu kimi, Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə nasist rejiminin əlaltısı, Hitlerin və Himmlerin dostu, minlərlə insanın həyatına son qoymuş qatil və cəllad Qarigen Njdenin "şərəfinə" ucaldılmış abidənin açılışı olub. Nəticədə faşizmə və nasizmə qarşı fəal siyasət yürüdən beynəlxalq ictimai rəydə, o cümlədən, Rusiya Federasiyası ictimaiyyətində sözügedən hal qətiyyətlə pislənib və buna qarşı sərt etirazlar dalğası başlayıb. Artıq belə bir haqlı fikir formalaşmağa başlayıb ki, Ermənistanın faşizmin, eləcə də Üçüncü Reyxin bu addımını reanimasiya etməsi, qaniçən rejimin əlaltılarını qəhrəmanlaşdırması yolverilməzdir. Halbuki general Njde Vermaxtın cəza legionunun yaradıcısı olub.

Yeri gəlmişkən, maraqlı məqamlardan biri də budur ki, qaniçən cəllada ucaldılmış abidənin açılış tarixi 28 maya - faşizm üzərində qələbənin 71-ci ildönümünün üzərindən vur-tut iki həftədən sonraya təsadüf edir. Sarkisyan isə həmin açılış mərasimizinin əsas iştirakçısı olub. Hansı ki, bir il öncə Ermənistan prezidenti digər ölkə rəhbərləri ilə birgə Moskvada Qələbə Paradında, bu il isə Yerevandakı paradda iştirak edərək, İkinci Dünya müharibəsində həlak olan insanların "xatirəsini yad edib".

Qərbi Krımda Njde və Dronun əllərində 20 min insan dözülməz əzablara düçar olub, öldürülüb, yandırılıb və s. vəhşiliklərə məruz qalıb

Bununla da, bir daha sübut edilib ki, Ermənistan hitlerçilərin və onların əlaltılarının qəhrəmanlaşdırılması siyasətini davam etdirir. Yerevan və dünya erməniləri əllərində olan bütün resurslarından istifadə edərək, Hitlerə və Himmlerə yaxın olan erməni generalları Njdenin və Dronun (Drastamat Kananyan) qanlı əməllərini bu kimi vasitələrlə yumağa cəhd göstərirlər.

Qısa xatırlatmalar edərək, deyə bilərik ki, ermənilərin "milli qəhrəmanları" olan bu kimi qaniçən cəlladlar Ukraynada, Polşada yəhidilərə və s. millətrlərə qarşı kütləvi ideoloji qətliamlar törədib, konslagerlərdə xüsusi vəhşilikləri ilə seçiliblər. Məhz həmin erməni legionunun hesabatlarından da görünür ki, təkcə Qərbi Krımda onların əllərində 20 min insan dözülməz əzablara məruz qalıb, öldürülüb, yandırılıb və s.

Njdeyə bəraət verilməyib!

1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimirovski sentral həbsxanasında ölüb. İllər ötməsinə baxmayaraq, ona çıxarılan cəza bu gün də dəyişdirilməz olaraq qalmaqdadır və bəraət almayıb.

Baş verənlərə Böyük Vətən müharibəsində iştirak etmiş, faşizmə qarşı mübarizədə qətiyyətlə mübarizə aparmış Azərbaycan veteranları da biganə qalmayıblar. Onlar bu hadisədən kəskin şəkildə hiddətləndiklərini qeyd edərək, faşimiz təbliğatını pisləyən bəyanat yayıblar. O cümlədən, Rusiya Federasiyasının prezidenti Vladimir Pitinə məktub ünvanlayıblar.

Məktubda bildirilir:

Hörmətli Vladimir Vladimiroviç!

Ötən il faşizm üzərində tarixi qələbənin 70 illik yubileyi ərəfəsində Böyük Vətən müharibəsinin veteranları olaraq Sizə ermənilərin hitlerçi əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri barədə müraciət etmişdik. Həmin vaxt söhbət ondan gedirdi ki, bu hal nəninki Ermənistanda, eləcə də faşizmin əlində milyonlarla insanını itirmiş, onların xaritəsini qoruyub-saxlayan Rusiyanın mədəniyyət və informasiya məkanına da sirayət etməyə başlayıb...

Sonra qeyd edilir: "Ürəyimizdə böyük ağrı ilə biz Sizin diqqətinizi ona çəkmək istəmişdik ki, Ermənistan Rusiya resurslarından istifadə edərək, general Dro və general Njde kimi tanınan SS-in erməni cəza legionunda fəaliyyət göstərmiş Drastamat Kananyan və Qaregin Ter-Arutunyanın qanlı fəaliyyətlərini ört-basdır etməyə çalışırlar.

Tanınmış KİV səhifələrində Hitlerin və Himmlerin dostu və əlaltısı Njde qəhrəmanlarla eyni müstəvidə tutulur. Tanınmış rusiyalı aktyorlar Ç.Xamatova (Njdenin arvadı rolunu oynayıb) və Mixail Yefremov (Petko Xristov) "Qaregin Njde" filmində çəkiliblər. Biz, hazırda da ümidvarıq ki, Ş.Xamatova və M.Yefremov aldadılıblar. Onların Njdenin nasist başkəsəni olmasından xəbərləri olmayıb. Lakin fakt öz faktlığında qalmaqdadır. Yuxarıda adıçəkilən film Rusiyada nümayiş olunmağa imkan tapdı.

Bundan əlavə, Moskvada "Qaregin Njde ilə söhbətlər, yaxud Njdenin 125 illiyinə abidə" kitabının prezentasiyası keçirildi.

Yenidən xatırlatmağa ehtiyac var ki, 1948-ci ildə Njde hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə Vladimirovski sentralda ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb.

Bütün bunlara baxmayaraq, Rusiyanın erməni diasporu nümayişkəranə şəkildə Knyaz-Vladimirovsk məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edirlər. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir.

Böyük minnətdarlıq hissi ilə vurğulamaq istərdik ki, Siz ötənilki müraciətimizi diqqətinizdən kənarda qoymayaraq, bizə cavab ünvanladınız və biz öyrəndik ki, yerli ermənilərlə işlər aparılıb, aparılan işlər nəticəsində, nasist cinayətkarın xatirəsinin Rusiyada anılmasının qarşısı alınıb..."

BMT Baş Assambleyasında faşizmin təbliğatına qarşı qətnamə çıxarılıb

Məktubda o cümlədən yazılıb: "Siz dəfələrlə vurğulamısınız ki, Böyük Vətən müharibəsinin nəticələrini saxtalaşdırmaq və yenidən yazmaq yolverilməzdir. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 17 dekabr 2015-ci ildə BMT-nin Baş Assambleyası 70/139 saylı qətnamə qəbul olundu ki, orada nasizm, irqçilik, ksenofobiya və dözümsüzlük qəti şəkildə pislənilib.

Qətnamənin 4-cü punktunda deyilir ki, BMT-nin Baş Assambleyası "neonasizmin, nasist hərəkatını və keçmiş "Vffen SS" təşkilatı üzvlərini təbilğ edən istənilən formanın, eləcə də onlara abidələr, xatirə memoriallarının ucaldılmasının, nasist keşmişi təbliğ edən kütləvi nümayişlərin əleyhinədir, o cümlədən, bu kimi hallardan ciddi narahat olur".

Ermənistan da Rusiyanın strateji tərəfdaşı kimi mövcud qətnaməyə qoşulub. Halbuki Ermənistanda faşist rejiminə sədaqət andı içən və boyunlarında sovet əsgərlərinin, dinc sakinlərin, eləcə də erməni xalqının nümayəndələrinin də ölümü olan şəxslərin böyük masştablı təbliğatı aparılır".

İndi Ermənistanın hakim partiyasının qərargahı və hökumət binaları qarşısında Njdeyə abidə də ucaldılıb...

Azərbaycanlı veteranlar daha sonra qeyd ediblər: "Bizi təəccübəndirən isə Rusiyanın bu məsələyə heç bir reaksiya göstərməməsidir. Halbuki digər ölkələrdə belə hallar baş qaldırıldığı zaman dərhal reaksiyalar verilir. Bizə Ermənistanın hansı haqla bu kimi addımlar atması hələ də anlaşılmaz qalır. Orada nasist cinayətkarları Dro və Njdenin xatirəsinə xüsusi pullar hazırlanır, filmlər çəkilir. Yerevanda bir meydan və bir metro stansiyası Qaregin Njdenin şərəfinə adlandırılıb. Drasamat Kananyanın adını daşıyan küçə də mövcuddur. İndi Ermənistanın hakim partiyasının qərargahı və hökumət binaları qarşısında Njdeyə abidə də ucaldılıb.

İstərdik ki, ötənilki müraciətimizdəki sualı bir daha təkrar edək: Budurmu həlak olmuş əsgərlərə qarşı təhqirlərin olunmaması?!"

Böyük Vətən müharibəsində göstərdikləri igidliklərə görə 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb!

Sonda isə vurğulanır ki, Böyük Vətən müharibəsi dövründə rus xalqının və digər xalqların övladları ilə birgə cəbhəyə 700 min azərbaycanlı da yollanmışdı. Onların yarıdan çoxu gedən döyüşlərdə qəhrəmanlıqla həlak olublar: "Böyük Vətən müharibəsində göstərdikləri igidliklərə görə 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb: "Azərbaycanda bu gün də sovet xalqının misilsiz qəhrəmanlığı xatırlanır, 9 may günü isə ən əhəmiyyətli dövlət bayramı kimi qeyd edilir".

"Bizə - faşizimlə mübarizədə yoldaşlarını itirmiş şəxslərə nasist cinayətkarları ətrafında yaradılan qəhrəmanlıq oreolu böyük ürək ağrısı yaşadır. Biz Ermənistanın bu kimi fəaliyyətindən, vaxtilə ümumi Vətən uğrunda həlak olan insanların xatirələrinə göstərdikləri hörmətsizliklərindən hiddətlənirik. Ümid edirik ki, Böyük Vətən müharibəsində həlak olan insanların əziz xatirəsinə sadiqlik göstərərək, biz yenidən öz gücümüzü birləşdirib, Ermənistanın faşizm ideologiyasına qarşı birgə mübarizə aparacağıq"-deyə həmin məktubda vurğulanıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər