PDF Oxu

Sosial

  • 25

Diabet xəstələrinə yüksək səviyyədə dövlət dəstəyi göstərilir

Diabet xəstələrinə yüksək səviyyədə dövlət dəstəyi göstərilir

Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi" xidməti yaradılacaq

Dünən Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində mətbuat nümayəndələri üçün dəyirmi masa keçirilib. Tədbirdə qeyd edilib ki, dünya ölkələrində diabet səhiyyə qarşısında duran əsas çağırışlardan biri olaraq qalır. Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" icra edilir.

Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və s. tədbirlər həyata keçirilir. Hazırda Respublika Endokrinoloji Mərkəzdə 512 nəfər şəkərli diabetli xəstə uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr və test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin ediliblər.

Həyata keçirilən işlər çərçivəsində 45154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir. Bundan başqa, bölgələrdə maarifləndirmə işinin daha da yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur. Eyni zamanda, maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasiyentlərə təlimlər, habelə hər ayın 3-cü Bakı şəhərində fəaliyyət göstərən həkim-endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir.

Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi" xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır. Qeyd etmək lazımdır ki, REM, eyni zamanda, diabet xəstələrinin istirahətinin təşkili məqsədi ilə də zəruri işlər görür. Mərkəz Azərbaycan Diabet Liqası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 50 nəfər şəkərli diabetli gənclərin yay düşərgəsinə istirahətini təşkil edib.

NƏZAKƏT

Digər xəbərlər