PDF Oxu

Sosial

  • 27

İsrail mətbuatı Njdeyə qoyulan heykəldən yazdı

İsrail mətbuatı Njdeyə qoyulan heykəldən yazdı

İkinci Dünya müharibəsinin israilli veteranları erməni faşist millətçisinə ucaldılan abidəyə etiraz edirlər

İsrailin İkinci Dünya müharibəsi veteranları Ermənistanın paytaxtı Yerevanda "erməni milli-azadlıq hərəkatının qəhrəmanı" adlandırılan Qaregin Njdeyə ucaldılan abidənin açılışı barədə xəbəri öyrənərkən, böyük şok keçiriblər. Bu barədə İsrailin "mki israel.co.il" saytı (mk ru izrail) yazıır. Həmin məqalənin tərcüməsini təqdim edirik.

Faktlar təsdiq edir ki, Njde Böyük Vətən müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edib. 1942-ci ilin dekabrında Njde Berlində Ermənistan Milli Şurasının 7 üzvündən biri seçilir. O, dəfələrlə erməni hərbi əsrləri qarşısında təbliğat xarakterli çıxışlar edərək, onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb. O, bəyan edirdi: "Kim Almaniya uğrunda həlak olursa, Ermənistana görə də həlak olur". Faşist Almaniyası məhv edildikdən sonra Njde SMERŞ əməliyyatçıları tərəfindən tutulub, 25 il həbs cəzası alıb və Vladimirovski həbsxanasında ölüb.

Nasistlərə qarşı sovet ordusu sıralarında döyüşən israilli müharibə veteranları faşist Almaniyası ilə əməkdaşlıq edən şəxsə abidənin ucaldılmasını anlamadıqlarını deyirlər. Hətta o, erməni milli ideyaları uğrnda mübarizə aparırdısa da, onun bu mübarizədə "yəhidi məsələsinə birdəfəlik son" planını icra edən hitlerçilərə yardım etməsi qəbuledilməzdir.

Rişon le-Sionenin Veteranlar Şurası İttifaqının təşkilat sədri, İsrailin Mərkəzi Veteranlar Təşkilatının üzvü İosif Zeldisin sözlərinə görə, "Faşistlərlə əməkdaşlıq edənlərə abidə ucaltmaq anormallıqdır".

Yerusəlim Veteranlar İttifaqı Dairəsinin sədri Yuri Periç isə anlamır: "Necə ola bilər ki, faşistlərə kömək edənə heykəl ucaltsınlar? Erməni xalqını anlamıram. Faşist elementi, faşist ünsürü xalq qəhrəmanı ola bilməz. Əgər o, faşist koqotrasına daxil olubsa, onu necə qəhrəmanlaşdırmaq, ona necə abidə ucaltmaq olar?! Bu, heç bir çərçivəyə sığmayan bir olaydır. Bizim - yerusəlimili veteranlar üçün o, bir faşist, kimlərsə üçünsə milli qəhrəmandır? Axı faşistlər bütün dünyanın düşməni olublar və bunu hər kəs başa düşür və bilir. Başqa tərəfdən isə faşist əlaltısını milli qəhrəman elan edib, ona abidə qoyurlar...Bizim üçün - yerusəlimli veteranlar üçün bu hal qətiyyən qəbuledilməzdir...O, faşizmin qələbəsi üçün mübarizə aparıb",

İsrailin İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizə aparmış Veteranlar Şurasının rəhbəri Avraam Qrinzayd isə başqa cür hesab edir: "Nasistlərlə iş birliyində olan istənilən şəxsin qəhrəmanlaşdırılması utancverivi və qəbuledilməz halıdr. Biz hətta qələbənin 70 illiyində xatirə medallarını almaqdan imtina etmişdik. Çünki həmin medalları nasistlərə qarşı mübarizə aparanlarla yanaşı, faşistlər tərəfində döyüşənlərə də vermişdilər. Ona görə də, bu problem qeyd-şərtsiz olaraq heç bir müzakirəyə səbəb olmamalıdır - yalnız ittiham, təəssüf və anlamazlıq".

Aşod Veteranlar Şurası İttifaqının sədri Mixail Dendze də baş verənləri anlamadığını bildirib: "Alman faşistləri ilə əməkdaşlıq - satqınçılıqdır. Faşitlərlə əlbir olmaq, - onun bu işi həyata keçirməyə ixtiyarı yox idi. Xatirə əbədi olaraq yaşadılmalıdır. Abidələri isə qəhrəmanlara ucaltmaq lazımdır. "Əbədiyaşar alay" - insanlar həlak oldu, bu gün də aldıqları yaralardan həyatlarını itirirlər...Biz onları əbədiləşdirmirik, onların yerinə faşistləri əbədilşdiririk...Tarixi yenidən yazmaq olmaz. "əbədiyalar alay"a abidələr ucaltmaq lazımdır, faşistlərə yardım edənlərə deyil..!"

Njde, Bender, Vlasov və Şaxnoviç və s. sevərlər bu gün kifayət qədərdirlər. Nə baş verir onlarla? Yəni faşist əlaltılarının qəhrəmanlara çevrilməsi bu qədər yolveriləndir? Bu hadisənin harada baş verməsinə baxmayaraq - Ukraynada, Ermənistanda, Baltikyanı ölkələrdə, Çexiyada. Məgər müharibə zamanı façistlərə yardım edənlərə haqq qazandırmaq bu qədərmi mümkündür?

Sözügedən məlumatın müzakirəsinə qatılan İsrailin İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizə aparmış Veteranlar Şurasının rəhbəri Avraam Qrinzayd bəyan edib: "Mən qətiyyətlə bəyan edirəm ki, İkinci Dünya müharibəsinin tarixinə yenidən baxılmasına qarşıyam. Mənim üçün insanlarımızın qəhrəmanlığı vacibdir. Tarixə yenidən baxmağa gərək yoxdur. Hələ ki, biz sağıq, imkan verin haqq dünyasına köçərkən, qalib kimi gedək. Nə qədər ki, yaşayacağıq"...

Müzakirə zamanı veteranlardan biri səslənib: "Bu cəhənnəmə qalmış abidəni sökmək lazımdır".

Veteran onun sözlərini sitat kimi gətirilməsini istəmədiyini də deyib. Axı hər halda Ermənistanın, Ermənistan rəhbərliyinin və onun prezidentinin işidir ki, harada və nə vaxt kimlərə abidə ucaltmaq lazımdır. Onların işdir ki, Böyük Vətən müharibəsi zamanı həyatlarından keçən erməni əsgərlərinəmi abidə ucaltsınlar, yoxsa "Almaniyanın qələbəsi-Ermənistanın qələbəsidir" ifadəsini işlətmiş, bu gün qəhrəmanlaşdırılan insana...Çox yəqin ki, onun üçün, həqiqətən də belə olub...Lakin sizin üçün də belədirmi, dostlar?

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər