PDF Oxu

Sosial

  • 33

Azərbaycan dünyaya başqa rakursdan təqdim edilir

Azərbaycan dünyaya başqa rakursdan təqdim edilir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən mütəxəssislərlə görüş keçirilib.

BBMM-in icraçı direktoru Azad Məmmədov sözügedən qurumun xarici və ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsinin əhəmiyyətindən danışıb:"Azərbaycan multikulturalizmi hazırda ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Bu fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə başlanılan bu işin gündən-günə genişlənən fəaliyyət sferası Cənab Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsini təmin edir. Bu layihə çərçivəsində gələcəkdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayı daha da artacaq".

İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində bu semestr "Azərbaycan multikulturalizmi" fənnini tədris edən professor Həbib Zərbəliyev çıxışında tələbələrin fənnə olan böyük marağından bəhs edib. Professor sözügedən fənnə olan maraqdan qaynaqlanaraq, İndoneziya hökumətinin bu ölkədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Fənni Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universitetində tədris edən Roza Şəfiyeva, Litva Pedaqoji Universitetində filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova qeyd ediblər ki, Azərbaycan multikulturalizminin tarixi, ictimai-siyasi səbəbləri, ədəbi-bədii qaynaqlarda izləri tələbələrin ən çox maraq göstərdiyi sahədir. Azərbaycan multikulturalizmi ilə bağlı təqdimatların auditoriya tərəfindən çox böyük maraqla qarşılandığı bildirilib.

Görüşdə Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə edilib.

NƏZAKƏT

Digər xəbərlər