Bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırlması məqsədilə yaradılmış işçi qrupunun iyunun 24-də Daşkəsən rayon icra hakimiyyətinin inzibati binasında keçiriləcək tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Arif Novruzov və Musa Yaqubov, Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və eyni zamanda, müşavirədə 220 nəfər Daşkəsən rayonu ərazisində kənd təsərrüfatı üzrə fəaliyyət göstərən qurumları, kəndli fermer təsərrüfatlarının nümayəndələri, rayon icra hakimiyyəti başçısının ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və iş adamları iştirakı etdilər.
İşçi qrupunun üzvləri əvvəlcə rayonun Bayan kəndi ərazisində yerləşən "Ağbaba" kəndli-fermer təsərrüfatının heyvandarlıq sahəsinə və arı ailələrinə, Quşçu kəndi ərazisində yerləşən "Ağbaba" kəndli-fermer təsərrüfatının arpa, buğda, kartof və yonca əkin sahələrinə baxış keçirmişlər.
Müşavirəni giriş nitqi ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirmişdir ki, ölkə Perzidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi-inkişaf modeli prioritet seçilmişdir: "Qarşıda duran əsas məqsəd Azərbaycanda iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə olunmaqla, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Daşkəsən rayonunun ümumi ərazisi 104605 hektar təşkil edir ki, bundan 63245 hektar dövlət mülkiyyətində saxlanılmış, 28757 hektarı bələdiyyə mülkiyyətinə, 12603 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Rayon üzrə mövcud olan 58558 hektar kənd təsərrüfatına yararlı torpaqların 2491 hektarı əkin sahəsi, 63 hektarı çoxillik bağlar, 9909 hektarı biçənək, 46095 hektarı örüş-otlaq sahəsi kimi istifadə olunur. Cari il ərzində rayon ərazisində 2178 hektar sahədə əkin aparılmışdır. Rayonda kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün rayon Kənd Təsərrüfatı İdarəsi yaradılmış və həmin idarənin inzibati binasında son tamamlanma işləri görülür. Daşkəsən respublikanın həm də meyvəçiliyin və tərəvəzçiliyin mövcud olduğu rayonlarındandır. Belə ki, il ərzində 6839 tonadək meyvə və 1244,4 tonadək tərəvəz məhsulları istehsal olunur. Lakin istehsal olunmuş meyvə və tərəvəz məhsullarının qəbulu üçün emal müəssisələri olmadığına görə, bu sahə lazımi səviyyədə inkişaf etmir, potensial imkanlarından tam istifadə olunmur. Rayon ərazisində "Ağbaba" kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Ona görə də əhali tərəfindən yetişdirilən meyvə və tərəvəz məhsullarının tədarükü və emalı müəssisələri yaradılarsa əhalinin məşğulluğunun artırılması ilə yanaşı, meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafına təkan verilmiş olar".
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışının sonunda müşavirənin işinə uğurlar arzu emiş, tədbir iştirakçılarını əmin etmişdir ki, bundan sonra da rayonun ərazisində bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.
Daha sonra müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasəti məsələləri şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyduğu mühüm vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır. İşçi qurpunun fəaliyyət istiqamətlərini müşavirə iştirakçılarına şərh edən şöbə müdiri qeyd etmişdir ki, qrup tərəfindən 40-a yaxın rayonda kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılmış və bununla bağlı müşavirələr keçirilmişdir.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılmışdır. Müşavirədə rayonun əkinə yararlı suvarılmaya ehtiyac olan sahələrin suvarma suyu ilə təmin olunması, müasir kənd təsərrüfatı texnikalarının alınması, əkin üçün mövcud texnikanın sayının artırılması, süd məhsullarının emalı müəssisələrinin, arıçılığın inkişafı üçün əraziyə uyğun ağac növlərinin əkilməsi "Aqrolizinq" ASC-nin rayon filialının yaradılması və s. məsələlər barədə təkliflər səsləndirilmişdir.
Verilən təkliflər araşdırılmaq və icra olunmaq üçün nəzarətə götürülmüşdür.
RƏFİQƏ