Yunanıstan Respublikasının Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu və Azərbaycan Dövlət İqtisad Universiteti arasında "Neft və qazın menecmenti və nəql edilməsi" üzrə birgə magistr proqramına dair imzalanan memorandumun həyata keçirilməsi məqsədilə rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə QMTTİ-nin rektoru, professor Asimopoulos Nikolaos çıxış edərək bildirib ki, proqramın təşkili və həyata keçirilməsi universitetlərimiz arasında akademik və elmi əməkdaşlığı genişləndirməklə yanaşı, həmçinin hər iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb edir.
Yunanıstanın təhsil nazirinin müavini Theodosis Pelegrinis Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanda insan resurslarının potensialının nəinki təhsil müəssisələrinin inkişafına, eləcə də hər iki ölkənin faydalanmasına töhfə verəcəyini qeyd edib.
Azərbaycan Təhsil Nazirliyinin təmsilçisi Samir Vəliyev, UTEC-in rektoru, professor Ədalət Muradov isə çıxışında bildiriblər ki, Azərbaycan təhsil sistemi və UNEC-in tarixində, ilk dəfə olaraq universitetin akademik heyəti Avropa İttifaqının üzvü olan Yunanıstanda "Neft və qazın menecmenti və nəql edilməsi" magistr proqramı üzrə xarici kadrların hazırlığını həyata keçirməkdədir.
NƏZAKƏT