İsveç Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş "general Njde" kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında abidə qoyulması ilə bağlı müraciət yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, İsveç Parlamentinə və İsveç Xarici İşlər Nazirliyinə ünvalanan müraciətdə deyilir ki, nasist ideologiyasına xidmət etmiş və kütləvi qətllərin törədilməsində məsuliyyət daşıyan Njdenin "qəhrəman" kimi təqdim edilməsinin qarşısı alınmalıdır.
Sənəddə BMT Baş Assambleyasının nasizmi pisləyən 2015-ci il dekabrın 17-də qəbul etdiyi 70/139 saylı Qətnamə xatırladılır və həmin sənədin 4-cü bəndində nasist hərəkatının, neonasizm üzvlərinə heykəl qoyulması, nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan edilməsi cəhdləri ilə bağlı BMT-nin narahatlığı diqqətə çatdırır.
NƏZAKƏT