8 iyul - 10 sentyabr tarixində YARAT Müasir İncəsənət Məkanı "Zamanın izləri" adlı səyyar sərgini Qax Dövlət Rəsm Qalereyasında təqdim edəcək. Sərgidə YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasından olan foto və videoəsərləri göstəriləcək.
Sənan Ələsgərovun "Sadəliyin şəffaflığı" adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın "Ekranlar" adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur. Fərid Rəsulov "Ətalət" adlı video əsərində Qurban Bayramı ərəfəsində ümumi ətkəsmə təcrübəsini ekranlaşdırmışdır.
Sərgi daha irimiqyaslı və kəskin mövzuları təqdim etmək məqsədilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun "Rəngi xatırlayaraq" fotosilsiləsi rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir.
Nevin Aladağın "Beş daş oyunu" rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin ayinlər vasitəsilə necə ötürüldüyünü tədqiq edir.
ZÜMRÜD