PDF Oxu

Sosial

  • 28

"Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər"

"Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər"

Bu mövzuda YAP Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Dünən Bakı Biznes Mərkəzində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti keçirilir: "Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi və iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Cəmiyyətin hərəkətverici qüvvəsi olan gəncələrimiz ictimai həyatda da daha aktiv iştirak edirlər".

S.Məmmədov, həmçinin uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb və qeyd edib ki, gəncləri sahibkarlığa cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmalı, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşüncəni aşılamalı və maarifləndirməliyik: "Məhz belə tədbirlərin keçirilməsində məqsəd bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır".

Konfransda YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihənin pilot layihə olduğunu qeyd edib və Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.

S.Orucov, həmçinin çıxışınnı sonunda "Karyera yarmarkası"nın təşkili ilə bağlı təklifini irəli sürüb və bildirib ki, bu gələcəkdə gənclərimizin biznes sahəsində əlaqələrinin genişlənməsinə imkan verəcək.

Tədbirdə çıxış edən gənc sahibkarlar da biznes planları haqqında fikirlərini bildiriblər.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər