Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Nərgiz Plaza" Sarayında Ramazan bayramı münasibəti ilə iftar süfrəsi verilib.
İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Mərasimdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov ölkəmizdə sabitliyin, əmin-əmanlığın hökm sürdüyünü bildirərək, dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və yenidən qurulmasına xüsusi əhəmiyyət verildiyini qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olub.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Qarabağın işğaldan azad edilməsinin tezliklə baş tutacaq. Bu mühüm işdə Quba ictimaiyyətinin də həmişə ölkə başçısının ətrafında sıx birləşib."
Mərasimdə çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov Ramazan ayının fəziləti və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, "Qurani-Kərim"in, məhz bu ayda nazil olmasından da danışıb. Qeyd edib ki, Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir.
İftar mərasimində milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulanıb.
Nəzakət ƏLƏDDİNQIZI