PDF Oxu

Sosial

  • 30

Səbail rayonu növbəti hesabatını verib

Səbail rayonu növbəti hesabatını verib

Eldar Əzizov: "Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının əsl ümumxalq lideridir"

Dünən Səbail rayon icra hakimiyyətində keçirilən 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycanın tarixi çox qədim və zəngindir: "Ötən illər ərzində Azərbaycanda böyük dövlət xadimləri və görkəmli hökmdarlar olub və biz onlarla fəxr edirik. Lakin ümumxalq lideri statusu qazanan yalnız iki nəfər olmuşdur. Bu, sözsüz ki, Ulu Öndər Heydər Əliyev və Onun siyasətini layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevdir".

"Lider" siyasi termininə toxunun E.Əzizov bildiribdir ki, "Lider" yalnız inqilablar zamanı və demokratik cəmiyyətdə yaranır: "90-cı illərin əvvəllərində Azərbaycanda ziddiyyətlər dərinləşmiş, ölkə parçalanma həddinə çatmışdır. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində ölkə təhlükədən qurtuldu, öz vahidliyini qorudu, sabitlik yarandı, böyük islahatlar başladı, Azərbaycan dövləti bir subyekt kimi möhkəmləndi. Bu gün bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirir. Azərbaycan dünyaının ictimai-siyasi sistemində öz yerini tutub, hərtərəfli inkişaf edir, dünyada analoqu olmayan iqtisadi göstəricilərə nail olub.

Yığıncaqda çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov, sahibkar Bəybala Hüseynov, rayon sakini Yeganə Bağırova, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində gördükləri işlərdən, yeritdikləri siyasətdən söz açaraq, Azərbaycanın bu gün sürətlə inkişaf edən, dünya dövlətləri arasında öz yerini tutan bir dövlət olduğunu vurğulayıblar. Çıxış edənlər qeyd ediblər ki, ölkəmizin inkişaf və tərəqqisi istiqamətində apardığı siyasətə və gördüyü işlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Sonda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb.

R.KAMALQIZI

Digər xəbərlər