PDF Oxu

Sosial

  • 12

Sanaviasiya xidməti yüksək səviyyədə təşkil olunub

Sanaviasiya xidməti yüksək səviyyədə təşkil olunub

İyulun 20-də Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

Konfrans zamanı KİV nümayəndələrinə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib ki, səhiyyə nazirinin 01.12.2005-ci il tarixli "Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə" 140 saylı əmrinə əsasən, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi ləğv edilərək onların funksiyaları SNTTTYS-a verilib.

Vurğulanıb ki, hazırda respublika üzrə 12 regional məntəqə vardır. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər, mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilmişdir. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə, habelə son model "Mercedes" markalı reanimobillərlə təmin olunmuşdur. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.

KİV nümayəndələrinə bildirilib ki, 2007-2016-cı ilin müvafiq dövrünə qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilmişdir. Bundan əlavə, 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilmişdir. Təkcə 2016-cı il daxil olmuş çağırışların sayı, ümumilikdə 659 olmuşdur.

NƏZAKƏT

Digər xəbərlər