PDF Oxu

Sosial

  • 28

Qaradağ rayon icra hakimiyyəti Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirib

Qaradağ rayon icra hakimiyyəti Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirib

Dünən Qaradağ rayon icra hakimiyyətində 22 İyul Milli Mətbuat Günü münasibətilə tədbir-görüş keçirilib. Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi, onlara bu şərəfli yolda uğurlar arzuladı. S.Mikayılov Azərbaycan Milli Mətbuatın artıq 141 illik yol keçdiyini və bu yolun böyük və şərəfli olduğunu, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu vurğuladı.

Qaradağ rayon icra hakimiyyətinin başçıs onu da qeyd etdi ki, Azərbaycan mətbuatı 141 ilə yaxın bir zaman məsafəsi keçərək formalaşmışdır: "Azərbaycan mətbuatının sürətli inkişafı isə respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarmışdır. Hazırda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 5000-ə yaxın müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alınmışdır. Son 12 ildə Ulu Öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır".

S.Mikayılov onu da vurğuladı ki, mətbuatımız gündən-günə inkişaf edir: "Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin verilməsi və inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Bu, Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir".

Mətbuat nümayəndələrini Milli Mətbuat Günün münasibətilə təbrik edən S.Mikayılov onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Sonda Qaradağ rayon icra hakimiyyəti Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mükafatlar təqdim etdi.

R.HÜSEYNOVA

Digər xəbərlər