PDF Oxu

Sosial

  • 19

YAP Tərtər rayon təşkilatı ötən 23 ildə uğurlu yol keçib

YAP Tərtər rayon təşkilatı ötən 23 ildə uğurlu yol keçib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yaranmasının 23 illiyi ilə bağlı rayon təşkilatının qərargahında tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Tərtər rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov partiya üzvlərini ildönümü münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı. K.Məmmədov YAP ideyasının respublikanın çox gərgin bir dövrdə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış tarixi bir partiya olduğunu bildirdi: "Ümummilli Lider Heydər Əliyev ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyası həmişə və bu gün də möhtərəm Prezident, partiyamızın Sədri İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla həyata keçirir, doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyətdədir".

YAP Tərtər rayon təşkilatının ilk təsis konfransının 1993-cü il iyulun 25-də keçirildiyini qeyd edən K.Məmmədov bu gün partiyanın sırasının getdikcə sıxlaşdığını vurğulayıb.

Tədbirdə rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova, Ağdərə Sərbəst ərazi ilk partiya təşkilatının sədri İlqar Qasımov, rayon təşkilatı nəzarət -təftiş qrupunun sədri Adil Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini Pərvanə Xudiyeva, Zolgörən ərazi ilk partiya təşkilatının sədri Fizuli Hüseynov, rayon təşkilatının şura üzvü, Hidroqovşaq idarəsi ərazi ilk partiya təşkilatının sədri Böyükkişi Cümşüdov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin qurucusu olduğu partiyanın daim uğurlar qazandığını vurğulayıblar. Bildiriblər ki, YAP ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün bölgəmizin ən qüdrətli siyasi qüvvəsidir: "Partiyamızın qüdrəti güclü ideologiyaya və güclü liderə malik olmasındadır".

Görüşün sonunda YAP sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olunub.

Ü.ƏSGƏROV

Digər xəbərlər