PDF Oxu

Sosial

  • 20

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solleyi qəbul edib

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solleyi qəbul edib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solleyi qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "SƏS"" qəzetinə daxil olan məlumata görə, M.Qurbanlı ölkəmizdəki dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri konstitusiya və "Dini etiqad azadlığı haqqında"" qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Ölkə əhalisinin 96%-nin islam dininə mənsub olduğunu diqqətə çatdıran komitə sədri Azərbaycanda dini durumun sabit olduğunu, müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Bu gün Azərbaycanın tolerant və multikultural dəyərlərə görə dünyada nümunə sayılan ölkələrdən biri olduğunu deyən M.Qurbanlı bu dəyərlərin dövlət səviyyəsində təbliğ və təşviq edildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar ibadətlərini sərbəst həyata keçirirlər. Dövlətin dini icmalara daim qayğı göstərdiyini deyən M.Qurbanlı Prezident İlham Əliyev tərəfindən islam və qeyri-islam dini icmalara maliyyə vəsaitinin verilməsi ilə bağlı imzaladığı Sərəncamları da qonağın diqqətinə çatdırıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley Azərbaycanda yeni fəaliyyətə başladığını önə çəkərək, komitə sədrinə qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanda dini durumun sabit olduğunu qeyd edərək, dövlət-din, konfessiyalararası münasibətlərin vəziyyəti, ölkəmizdəki multikultural və tolerant mühit barədə fikirlərini bölüşüb və ölkəmizdə mövcud olan bu ənənələrin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər.

Samir

Digər xəbərlər