Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər çərçivəsində Ağdam rayonunda "Gələcək və İnkişaf" Gənclər İctimai Birliyi tərəfindən "Dini radikalizmlə mübarizə, mili-mənəvi dəyərlərimizin təbliği" adlı layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam rayon icra hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, rayon gənclər və idman idarəsinin əməkdaşı Anar Əsgərov, "Gələcək və İnkişaf" Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı "Fitnə" sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.
Ü.ƏSGƏROV