Dərman vasitələrinin istifadə təlimatlarının təsdiq olunması prosedurunun surətləndirilməsi üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində tərcümə xidməti yaradılıb. Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən, "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsümun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmurdu. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılmış və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunmuşdur.
2016-cı ilin mart ayından mərkəzdə "Bir pəncərə" xidməti fəaliyyətə başlamış, müasir texnoloji-innovativ bilik və bacarıqların praktiki əldə olunması məqsədilə, ümumilikdə 30-dan çox əməkdaş yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir. Mərkəzin struktur quruluşu təkmilləşdirilmiş, strateji planı təsdiqlənmişdir. Həmçinin, mərkəzin tamamilə yenilənmiş rəsmi elektron saytı (www.pharma.az) sahibkarların və əhalinin istifadəsinə verilmişdir. Yeni tətbiq olunan axtarış sistemləri vasitəsilə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş qiymətləri, aptek təşkilatları barədə məlumatlar əldə edilə bilər. Gələcəkdə kargüzarlıq işlərinin daha operativ aparılmasını təmin etmək məqsədilə elektron kargüzarlıq sisteminin yaradılması üçün işlər görülür.
NƏZAKƏT