Yasamal rayonu Statistika Komitəsinin rəisi Arif Əliyevin "Səs" qəzetinə verdiyi məlumata görə, 2016-cı ilin yanvar-iyun aylarında Yasamal rayonu üzrə fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 48542,2 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 83,2 faiz təşkil edir: "Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 1155509,3 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünün səviyyəsinin 124,5 faizini təşkil etmişdir. Hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 393397,5 manat dəyərində xidmət göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 123 faiz təşkil edir. Rayonun tikinti kompleksində sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 242256,7 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,2 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 164922,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilimişdir və 2015-ci ilin müvafiq dövrünə nisbətən 34,5 faiz azalmışdır".
A.Əliyevin sözlərinə görə, ticarət şəbəkəsindən əhaliyə 1170405,1 min manatlıq məhsul satılmış, 37059,4 min manatlıq iaşə xidmətləri göstərilmişdir: "Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,9 faiz, iaşə xidmətləri isə 3,8 faiz azalmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün 79,2 faizi və ya 313080,2 min manat həcmində olmuşdur.
İstehlak məhsullarının 5,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 33 faizi isə məhsul bazarlarında satılmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 608,5 manata çatmışdır. Yasamal rayonunda 2257 yeni iş yerləri açılmışdır ki, ondan 1988-i daimi iş yerləridir. Daimi iş yerlərinin 329-u yeni yaradılmış müəssisə və təşkilatların, 54-ü mövcud müəssisə və təşkilatların, 22-si fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatların, 1583 fiziki şəxslərin payına düşür.
2014-2016-cı ilin iyul ayının 1-i vəziyyətinə qədər olan dövr ərzində rayonda 12638 yeni iş yerləri açılmışdır ki, onların da 12369-u daimi iş yerləridir".