26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun İsmayıllı rayon şöbəsi imzatoplama kampaniyasını uğurla həyata keçirib.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın "Səs" qəzetinə verdiyi məlumata istinadən, referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər rayon təşkilatı tərəfindən uğurla həyata keçirilir: "Təşkilatın fəalları imzatoplama kampaniyasında xüsusi fəallıq göstəriblər. İmzatoplamada iştirak edən partiya fəallarının tərkibi müəyyənləşdirilərək, onlarla treninqlər keçirilib. Onlara imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyyə və təlimatlar verilib. Seçki Qərargahının rayon şöbəsində imzatoplama kampaniyası üçün ayrılmış 12 nəfər fəaldan ibarət qrup formalaşdırılıb".
Rayon təşkilatı sədrinin sözlərinə görə, 86 saylı İsmayıllı və 87 saylı Ağsu - İsmayıllı DSK-ları üzrə imza vərəqələri müvafiq seçki proseduralarına əməl olunması üçün imza toplayan şəxslərə paylanılıb. Vətəndaşlar imza toplamada aktiv iştirak ediblər. İmza vərəqələri doldurularkən, Seçki Məcəlləsinin tələblərinə tam əməl olunub.
NƏZAKƏT