PDF Oxu

Sosial

  • 31

"Atilla torpağı - böyük türk yurdu" Beynəlxalq Festavalda

"Atilla torpağı - böyük türk yurdu" Beynəlxalq Festavalda

Avqustun 11-də Macarıstanda keçiriləcək "Atilla torpağı - böyük türk yurdu" Beynəlxalq Festavalı öz işinə başlayacaq. 250 min nəfərlik tutumu olan açıq məkanda keçiriləcək festival avqustun 14-nə qədər davam edəcək. Bu haqda "Səs" qəzetinə məlumat verən Azərbaycanın əməkdar incəsənət xadimi Tahir Əkbər bildirdi ki, festivalda onun "Atilla torpağı" mahnısı ifa olunacaq:"Şəmistan Əlizamanlının sifarişi ilə yazılan bu mahnının sözləri şairə Rəhimə Qurbanovaya məxsusdur. Mahnı vətənpərvərlik mövzusundadır. Xor orkestrinin, milli alətlərin müşayiəti ilə yazılan mahnı mübarizə əzmlidir. Tütək, balaban, zurna, saz alətlərindən istifadə olunur. Dədə Qorquddan gələn nəfəsi sazdan istifadə etməklə türk ruhunu, türk ahəngini ifadə etməyə çalışmışam. Bu, mənim Şəmistan Əlizamanlı ilə ilk yaradıcılıq işimdir və təvazökarlıqdan uzaq olsa da, deyim ki, gözəl bir musiqi əsəri ərsəyə gəlib. "Atilla torpağı" mahnısında yallı, cəngi ifa olunan zaman bədii qiraətə yer ayırmışam. Belə bir türk dünyasının sərkərdəsinə əsər yazdığımdan qürur duyuram. İnanıram ki, bu musiqi əsərim də seçilən əsərlərdən biri olacaqdır. Onu da qeyd edim ki, Milli Məclisin üzvləri də bu festivala dəvət alıb".

Tahir Əkbər onu da bildirdi ki, Şanxay Musiqi Festivalının qalibi olan Aynur İskəndərlinin oxuduğu "Ey oğul, hay ver" mahnısının də müəllifi olub. Ümumiyyətlə, yaradıcılıq yolunda vətənpərvərlik mövzusuna yer ayıran T.Əkbərin bu günə qədər Azərbaycanın tanınmış müğənniləri İlhamə Quliyeva, Mübariz Tağıyev, Mələkxanım Eyyubova və başqalarının ifasında səsləndirilən "Azərbaycan", "Vətən" kimi silsilə əsərləri musiqi xəzinəmizdə özünəməxsus yer tutur. Qeyd edək ki, Şövkət Ələkbərova, Zeynəb Xanlarova kimi böyük sənətkarların da yaradıcılığında Tahir Əkbərin bəstələrinin öz yeri var.

Bəstəkar Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimova, İbad Hüseynova həsr etdiyi mahnıları da vətənpərvərlik ruhunda olan əsərləri sırasındadır.

ZÜMRÜD

Digər xəbərlər