Bir qrup müharibə veteranları, ahıllar və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzinə gəliblər.
Keçirilən görüşdə Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və əlillərini salamlayaraq, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ahıl insanlara, veteranlara, əlillərə, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışıb: "Ümummmilli Lider Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və müharibə veteranları, əlillərə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına, əlillərə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusilə veteranların, əlillərin maddi, sosial və məişət problemlərinin həllinə böyük diqqət göstərilir".
Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, professor İmamverdi Həmidov, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ü.ƏSGƏROV