PDF Oxu

Sosial

  • 22

"Azərbaycanın gənc dostları" Beynəlxalq Klubunun sıraları genişlənir

"Azərbaycanın gənc dostları" Beynəlxalq Klubunun sıraları genişlənir

Bu yaxınlarda yekunlaşan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbi layihəsi çərçivəsində yaradılan "Azərbaycanın gənc dostları" Beynəlxalq Klubu öz ətrafına onlarla gənci toplayaraq, sıralarını genişləndirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, III Beynəlxalq Multikulturalizm Məktəbində iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin öz təşəbbüsləri ilə yaratdıqları "Azərbaycanın gənc dostları" Beynəlxalq Klubunun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici ölkə tələbələri, eləcə də, 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar.

Beynəlxalq klubun yaradılması ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlət başçısının arzularından biri də Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostlarının sayının artmasıdır. Dövlət müşaviri "Azərbaycanın gənc dostları" Beynəlxalq Klubunun yaradılması xəbərini dostları, həmkarları ilə bölüşdüyünü və onların bu xəbəri yüksək sevinclə qarşıladığını qeyd edərək, bu klubun fəaliyyətinə son dərəcə böyük ümidlər bəsləndiyini diqqətə çatdırıb.

ZÜMRÜD

Digər xəbərlər