PDF Oxu

Sosial

  • 24

Səbailli yeniyetmələr Qubaya istirahətə yollandılar

Səbailli yeniyetmələr Qubaya istirahətə yollandılar

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini hər zaman diqqət mərkəzində saxlayan Səbail rayon icra hakimiyyəti tərəfindən, hər il olduğu kimi, bu il də bu istiqamətdə bir sıra tədbirlər hazırlanmış, artıq Qusar rayonundakı "N" saylı hərbi hissədə yaradılmış "Gənc Heydərsilər" düşərcəsində 200 yeniyetmə istirahət edərək, evlərinə qayıtmışdır.

Həmin işlər çərçivəsində növbəti tədbir paytaxtımızın mərkəzindəki "Sahil bağı"nda təşkil olunmuşdur. Səbail rayon icra hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının artıq 12-ci dəfə həyata keçirdiyi birgə layihəsi əsasında təşkil olunmuş "Şahinlər" Yay İstirahət Düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilmişdir.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən, Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır.

DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov çıxış edərək, uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış, qeyd etmişdir ki, Daxili Qoşunlarin "N" saylı hərbi hissəsində yaradılmış düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmışdır.

Daxili Qoşunların orkeçtrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşmüşlər.

Yola düşməzdən əvvəl gənc "Şahinlər" Fəxri Xayabana gəlmiş, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə çiçək dəstələri düzmüşlər.

Ü.ƏSGƏROV

Digər xəbərlər