Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata istinadən, aksiyalar Bakı ilə yanaşı, MQB-nın Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində keçirilib.
Ümumilikdə, paytaxt və regionlarda keçirilən aksiyalarda 31148 nəfər donor iştirak edib. Nəticədə, keçirilən könüllü qanvermə aksiyalarında 14 min 608 litr qan toplanılıb.
Həyata keçirilən aksiyalarda hər bir donorun sağlamlığı öncədən müəyyən olunur. Onlardan qan analizi götürülərək, sağlamlıqları müəyyənləşdirilir.
Tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.
Qeyd edəək ki, təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
ZÜMRÜD