PDF Oxu

Sosial

  • 22

Folklor İnstitutunda uğurlu elmi-tədqiqat işləri aparılır

Folklor İnstitutunda uğurlu elmi-tədqiqat işləri aparılır

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda uğurlu elmi-tədqiqat işləri aparılır. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyevin sözlərinə görə, cari ilin ötən müddəti ərzində müəssisədə folklorumuza dair geniş elmi araşdırmalar aparılıb, müxtəlif adlarda monoqrafiyalar, kitab və jurnallar, o cümlədən "Şəki folklor örnəkləri" (3-cü kitab), "Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm" kitabları nəşr olunub.

Elmi araşdırmaların uğurla davam etdirildiyini deyən O.Əliyev qeyd edib ki, hazırda 15-dən çox monoqrafiya və kitab çapa hazırlanır. Onlardan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlunun "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" (monoqrafiya, rus dilində), həmçinin "Folklor və yazılı ədəbiyyat" (2-ci kitab), "Qarabağ: folklor da bir tarixdir" (10-cu kitab), "Gədəbəy folklor örnəkləri" (1-ci kitab), "CMOMPK toplusunda Azərbaycan folkloru" (1-ci kitab), "İnanclar kontekstində ocaqlar və pirlər" kitabları, xüsusilə, önəmli mövzulara həsr olunur.

Bu il, ilk dəfə olaraq, "Arxetip" jurnalının nəşrinə başlanması da nəzərdə tutulub.

ZÜMRÜD

Digər xəbərlər