PDF Oxu

Sosial

  • 26

Çimərliklərin inkişafı ilə bağlı yaradılan İşçi Qrupu öz işinə başlayıb

Çimərliklərin inkişafı ilə bağlı yaradılan İşçi Qrupu öz işinə başlayıb

Cari ilin 15 iyul tarixində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakilə "Azərbaycanda çimərliklərinin mövcud vəziyyəti və inkişafı" mövzusunda keçirilən müşavirədə əldə olunan razılığa uyğun olaraq, çimərlik ərazilərində mövcud vəziyyətinin öyrənilməsi, eləcə də, bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə İşçi Qrupu yaradılıb.

İşçi Qrupunun tərkibinə mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, səhiyyə və ekologiya üzrə aidiyyəti nazirliklərinin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.

İşçi Qrupu müəyyən olunmuş qrafikə uyğun ilkin olaraq, Sumqayıt şəhəri və Binəqədi rayonunun ərazisində yerləşən çimərliklərə birgə baxış keçirib. Növbəti bir neçə gün ərzində İşçi Qrupu tərəfindən Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcəkdir.

Qeyd edək ki, çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair Tədbirlər Planının hazırlanmasilə bağlı İşçi Qrupu tərəfindən Hökumətə müvafiq təkliflər təqdim olunacaqdır.

ZÜMRÜD

Digər xəbərlər