PDF Oxu

Sosial

  • 43

Milli azlıqların müdafiə haqqında Çərçivə Konvensiyası: iqtisadi həyat, inzibati hakimiyyət, müstəqil milli institutlar...

Milli azlıqların müdafiə haqqında Çərçivə Konvensiyası: iqtisadi həyat, inzibati hakimiyyət, müstəqil milli institutlar...

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19 (2)-cu maddəsinin və milli azlıqların müdafiə haqqında Çərçivə Konvensiyasının 9 (1)-cu maddəsinin ruhuna və diskriminasiya yol verməmək prinsipinə uyğun olaraq başqa dövlətdən və ya azlıq əsas qrupu təşkil edən dövlətdən milli azlıqlara mənsub şəxslərin dilində yayımlanan proqramlara imkan onların üzvlərinin yaşadıqları dövlətin ictimai informasiyası azlıqlar üçün nəzərdə tutulmuş proqram vaxtının azaldılmasına haqq qazandırmamalıdır.

İnformasiya və informasiya vasitələri şəbəkəsinə sərhədyanı imkan güclənən texnoloji proseslər kontekstində mühüm əhəmiyyət kəsb edən informasiya hüququnun fundamental elementidir. Deməli, məsələn, kabel yayımına lisenziya olan yerdə, dövlət həmin azlıqların əsas qrupu təmsil etdikləri dövlətdə yerləşən televiziya və radio stansiyalarına qanunla lisenziya verməyə bilməz, xüsusən də, bu stansiyalara imkan uyğun milli azlıqlar tərəfindən aydın ifadə olunubsa. Bu hüquq yalnız kabel informasiya vasitələrinə deyil, milli azlıqların dilində elektron informasiya şəbəkələrinə də aiddir.

Daha ümumi səviyyədə Avropa Şurasının İştirakçı Dövlətləri İfadə və İnformasiya Azadlığı haqqında Bəyənnamənin III (s) maddəsində qərara alırlar ki, "informasiyanın sərbəst axınını təşviq etsinlər. Bununla da, beynəlxalq anlaşmaya, inam və ənənələri yaxşı bilməyə, fikir müxtəlifliyinə hörmətə və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə versinlər". Sərhədləri keçən informasiya vasitələri arasındakı əlaqələrə gəlincə, dövlət öz siyasətini bu maddənin ruhuna uyğunlaşdırmalıdır.

Beynəlxalq alətlərdə milli azlıqlara mənsub şəxslərin iqtisadi fəaliyyət sahəsində hüquqlarına aid istinadlar azdır. Amma beynəlxalq alətlərdə milli azlıqlara mənsub şəxslərin öz dilindən ictimai yerlərdə və şəxsi həyatda azad, diskriminasiyaya məruz qalmadan, şifahi, yazılı, fərdi və başqa insanlarla birlikdə istifadə etmək hüququna istinadlar vardır. Milli və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19 (2)-cu Maddəsi və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10 (2)-cu maddəsi yalnız başqaları tərəfindən verilə biləcək (daha doğrusu, kommunikasiyanın məzmununa) ideya və mülahizələrə münasibətdə deyil, həm də kommunikasiya vasitəsi kimi dilə münasibətdə ifadə azadlığına təminat verir. Bərabərlik və diskriminasiyanın yoxluğuna müvafiqliyi ilə bu hüquq milli azlıqlara mənsub şəxslərin öz seçiminə uyğun dildə özünün müəssisəsini yaratmaq və işlətmək hüququnu ifadə edir. Fərdi sahibkarların öz müştəriləri ilə səmərəli ünsiyyət qurmaq və öz təşəbbüslərini namusla həyata keçirmək bacarığının əhəmiyyəti baxımından onların sərbəst dil seçimində lazımsız məhdudiyyətlər olmamalıdır.

Çərçivə Konvensiyasının 11 (20)-ci Maddəsi müəyyənləşdirir ki, "milli azlıqlara mənsub istənilən şəxsin ictimai yerlərdə öz azlığının dilində şəxsi xarakterli lövhə, yazılar və başqa informasiyalar yerləşdirmək hüququ vardır". Çərçivə Konvensiyasındakı "şəxsi xarakterli ifadəsi rəsmi olmayanların hamısına aiddir. Deməli, dövlət fərdi sahibkarlığın aparılması üçün dil seçiminə heç bir məhdudiyyət qoya bilməz.

Yuxarıda deyilənlərə baxmayaraq, dövlət rəsmi dövlət dilinin və ya dillərinin başqa şəxslərin hüquqları ilə bağlı, yaxud da dövlət orqanları ilə mübadilə və kommunikasiya tələb edən iqtisadi fəaliyyət sektorlarında tətbiqini tələb edə bilər. Bu, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19 (3)-cü Maddəsində və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10 (2) Maddəsində müəyyənləşdirilən fikir azadlığına icazə verilmiş məhdudiyyətdən irəli gəlir. Yuxarıda xatırlanan maddələrdə ifadəsini tapmış ayrı-ayrı icazə verilmiş məhdudiyyətlər kommunikasiyanın məzmununa məhdudiyyət kimi özünü doğrulda bilsə də, kommunikasiya vasitəsi kimi dildən istifadəyə məhdudiyyət şəkilində onlar özlərini heç vaxt doğrulda bilməzlər. Amma başqalarının hüquq və azadlıqlarının müdafiəsi və dövlət idarəetmə orqanlarının məhdud tələbləri rəsmi dövlət dilindən və ya dillərindən əlavə istifadə üçün xüsusi təminatı doğrulda bilər. Bu, şəraitdən asılı olaraq, iş yerində sağlamlığın və təhlükəsizliyin qorunması, istehlakçıların müdafiəsi, əmək münasibətləri, vergi, maliyyə hesabatı, dövlət tibbi sığorta və işsizlik halları üçün və nəqliyyat üçün sığorta kimi sektorlara tətbiq edilə bilər. Qanuni ictimai maraq əsasında dövlət, həm də istənilən dildən istifadəyə əlavə kimi rəsmi dil və ya dövlət dillərinin milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına izahedici qeydlərin 60-cı bəndində dəqiq göstərildiyi kimi, müəssisələrin vətəndaşlar üçün lövhələrin və yazıların yerləşdirilməsi kimi fəaliyyət sahəsinə tətbiqini tələb edə bilər. Bütövlükdə, dövlət dildən istifadəni heç vaxt qadağan edə bilməz, amma o, qanuni ictimai maraq əsasında rəsmi dildən və ya dövlət dillərindən əlavə istifadəni tələb edə bilər.

Qanuni ictimai marağın məntiqinə görə, dövlət tərəfindən dildən istifadə üçün qeyd edilən istənilən tələb uyğun ictimai marağa proporsional olmalıdır.

İstənilən tələbin proporsionallığı zəruri tələb meyarı ilə müəyyənləşdirilməlidir. Məsələn, iş yerində sağlamlığın və təhlükəsizliyin təminatına ictimai maraqdan çıxış edən dövlət özəl müəssisələrdən tələb edə bilər ki, müəssisənin seçdiyi dilə (dillərə) əlavə olaraq texniki təhlükəsizlik üzrə təlimatları rəsmi dildə və ya dövlət dillərində yazsınlar. Vergi sahəsində dövlət idarəetmənin aparılmasında dəqiqliyə əməl etmək marağı baxımından, dövlət tələb edə bilər ki, inzibati blanklar rəsmi dildə və ya dövlət dillərində doldurulsun; dövlət hakimiyyəti tərəfindən audit vaxtı uyğun qeydlər, həm də rəsmi dildə və ya dövlət dillərində mümkün olsun; axırıncı hal özəl müəssisədən bütün qeydləri rəsmi dildə və ya dillərdə aparmağı tələb etmir, bir şərtlə ki, mümkün tərcümənin məsuliyyəti özəl müəssisənin öhdəsinə düşsün. Bu, milli azlıqların hüquqlarının müdafiəsi haqqında Çərçivə Konvensiyasının 10 (2)-cu maddəsində nəzərdə tutulan kimi, inzibati hakimiyyətlə münasibətlərdə milli azlıqlar mənsub şəxslərin öz dilindən (dillərindən) istifadə etmək sahəsindəki mümkün hüququna ziyan vurmur.

ATƏT-in iştirakçı dövlətləri yalnız milli azlıqlara mənsub şəxslərin (dilləri də daxil edilməklə) identikliyini yox, həm də onların inkişafını və irəliləməsini dəstəkləyən dinamik mühit yaradılmasına imkan verən tədbirlər görmək öhdəliyi ilə bir-birlərinə bağlıdırlar. Bundan sonra həmin dövlətlər Kopenhagen Sənədinin 35-ci bəndində göstərildiyi kimi, "milli azlıqlara mənsub şəxslərin dövlət işlərində səmərəli iştirakı hüququna" hörmət göstərməyi öhdələrinə götürüblər. Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının 10 (2)-cu Maddəsi dövlətlərdən dəqiq tələb edir ki, "azlıqların dilindən bu şəxslərlə inzibati hakimiyyət münasibətlərində istifadə etməyə imkan verən şəraitlə təmin etsinlər". Kopenhagen Sənədinin 35-ci Maddəsi "azlıqların xüsusi tarixi və ərazi şəraitinə aid uyğun yerli və ya muxtar adminstrasiyanı bu dövlətlərin siyasəti ilə" uyğunlaşdırılaraq milli azlıqların dövlət işlərində öz dillərində iştirakına imkan yaradan mühit yaratmaq imkanına istinad edir. Çərçivə Konvensiyanın 15-ci Maddəsi dövlətlərdən "milli azlıqlarlara mənsub şəxslərin mədəni, ictimai və iqtisadi həyatda, eyni zamanda, dövlət işlərinin aparılmasında, xüsusən, onların özləri ilə bağlı işlərin aparılmasında səmərəli iştirak etmələrinə zəruri şərait yaratmağı" tələb edir. Bu maddə dövlət hakimiyyətinin boynuna milli azlıqlara mənsub şəxslərin yerli hakimiyyətlə öz dilində danışmağa, yaxud da öz dillərində mülki sertifikatlar və attestatlar almağa imkan verməyi öhdəlik qoyur. Bərabərlik və diskriminasiyaya yol verməmək prinsipinə uyğun olaraq, onlar iştirakın dinamik prosesini təsəvvür edirlər; bu dinamik prosesdə azlıqların dilləri yerli siyasi həyatda və ictimai xidmət də daxil olmaqla vətəndaşlarla dövlət hakimiyyəti arasında qarşılıqlı əlaqələrdə kommunikasiyanın tam vasitəsi ola bilər.

İnzibati idarələrin və əhaliyə xidmət göstərən agentliklərin etnik nümayəndəliyi, adətən, cəmiyyətin plüralist, açıq və qeyri-diskrimanik xarakterini əks etdirir. Keçmiş diskriminasiyanın nəticələrinə və ya sistemin içində bəlkə hələ də mövcud olan diskriminasiyaya qarşı durmaq üçün məşğulluğa və peşəyə münasibətdə diskriminasiya haqqında Beynəlxalq Əmək Təşkilatının 111 №-li Konvensiyasının 2-ci Maddəsi dövlətlərdən "məşğulluq və peşə sahəsində sonuncu ilə əlaqədar istənilən diskriminasiyanı ləğv etmək məqsədi ilə imkanlar və müraciətlər bərabərliyinin... təminatına yönəldilmiş milli siyasət aparmağı" tələb edir.

Əhaliyə xidmətə yönəldilmiş proqramlar və xidmətlər planlaşdırmaq və gerçəkləşdirməklə, güman etmək olar ki, yuxarıda qeyd olunan prinsiplə bağlı dövlətlər milli azlıqlara mənsub şəxslərin ifadə olunmuş istəklərini, eyni zamanda, sayca əsaslandırma prinsipini nəzərə alacaqdır. Tələbat ifadə olunduğu və say çox olduğu halda, ədalət prinsipi milli azliqlara mənsub vergi ödəyənlərin öz dillərində xidmətdən istifadə imkanlarının olmağını tələb edir. Bu, xüsusən, insanların həyatının keyfiyyətinə birbaşa və dolayısı ilə təsir göstərən səhiyyəyə və sosial xidmətə aiddir. Bərabərlik və diskriminasiya yol verməmək prinsipinə uyğun olaraq inzibati hakimiyyət milli azlıqlara mənsub şəxslərlə inklyuziv və bərabər şəkildə davranmalıdır. Dövlət öz qanunları işləyən ərazilərdə demoqrafik reallıqları qəbul etməlidir. Bütün bunlardan başqa, bölgənin demoqrafik realilərin dəyişməklə, dövlət öz öhdəliyini yerinə yetirməkdən qaçmağa çalışmamalıdır. Çərçivə Konvensiyasının dövlətlərin boynuna milli azlıqlara mənsub şəxslərin yaşadıqları ərazilərdə bu azlıqların hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə zorakı yolla tərkibin tənasübünü dəyişdirəcək, tədbirlər qəbul etməkdən çəkinmək öhdəliyi qoyur. Zorakı yolla ekspropriasiya, köçürmə, qovma, eyni zamanda, inzibati sərhədlərin zorla dəyişdirilməsi və əhalinin siyahıya alınmasının saxtalaşdırılması belə tədbirlərdən ola bilər.

Dövlət hakimiyyəti beynəlxalq konvensiyalarla və bəyannamələrlə və ya daxili qanunvericiliyi ilə zəmanət verilən hüquqların səmərəli tətbiqini və müdafiəsini təmin edən mexanizmlər müəyyənləşdirəndə, insan hüquqları ondan istifadə edənlər üçün real əhəmiyyət qazanır. Məhkəmə prosedurlarına əlavə kimi, müstəqil milli institutlar, adətən, daha tez və daha ucuz müraciətə imkan yaradırlar, buna görə də imkana daha uyğundurlar.

İrqi Diskriminasiyanın Ləğvi haqqında Konvensiyasının istinad etdiyi diskriminasiya yalnız irq meyarı əsasında müəyyənləşdirilmir. Konvensiyanın 1 (1)-ci Maddəsinə əsasən, irqi diskriminasiya anlayışı "irq, dəri rəngi, soy, milli və ya etnik mənşə əsasında istənilən fərqləndirməni, istisnanı, məhdudlaşdırmanı və ya üstün tutmanı" bildirir, "ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və ya istənilən başqa sahəsində insan hüquqları və əsas azadlıqlarının bərabər başlanğıcda etirafını, istifadəsini və ya gerçəkləşdirilməsini məhv etmək və ya azaltmaq məqsədi" güdür. Konvensiyanın 6-cı Maddəsi bəyan edir ki, "iştirakçı dövlətlər öz qanunvericiliyinin şamil olduğu hər bir insanı mövcud KONVENSİYANI pozaraq onun hüquq və əsas azadlıqlarına qəsd edən istənilən irqi diskriminasiya aktı baş verən halda, mötəbər milli məhkəmə və digər dövlət institutları vasitəsi ilə səmərəli müdafiə və müdafiə vasitələri ilə təmin edir". Bu kontekstdə ödəmə və kompensasiya mexanizmi kimi fəaliyyət göstərə biləcək Ombudsman və ya İnsan Hüquqları üzrə Komissiya kimi müstəqil milli institutların dövlət tərəfindən yaradılması həmin dövlətin demokratikliyinin və plüralistikliyinin meyarıdır. Birləşmiş Millətlər Təşkilatının (48, 34) 20 dekabr 1993-cü ilə Bəyənnaməsi ilə əlaqədar Avropa Şurası Nazirlər Kabineti N.R (97) 14 30 sentyabr 1997-ci il Tövsiyəsində "nümayəndəliyinə görə plüralistik olan insan hüquqları üzrə milli institutların, o cümlədən İnsan Hüquqları üzrə Komissiyanın ombudsmenlər və ya müqayisəli institutların" yaradılmasını təşviq etdi. Ödəmənin belə mexanizmləri özlərinin dil və başqa hüquqlarının pozulduğunu hesab edən milli azlıqlara mənsub şəxslər üçün də əlçatan olmalıdır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər